evdar qadın

Yumurtanı qaranlıq, quru, sərin yerdə saxlamaq məsləhətdir. Yumurtanı tünd iyli məhsulların  yanında saxlamaq olmaz, çünki yumurta çox asanlıqla kənar iyləri özünə çəkir.

Təzə yumurtanı işığa tutub baxanda bir bərabərlikdə işığı keçirməli, sarısı olan yerlərdə və uclarda azacıq qaraltı verməlidir. Uzun müddət qalan yumurta bulanıq və tünd rəngə çalıb, ləkəli olur.

Yumurtanın təzəliyi aşağıdakı sadə üsulla yoxlanılır: 5-6 l suda 90 q duz əridilir; təzə yumurta bu məhlulda dibə enir, 3-4 günlük yumurta suyun altında üzür, köhnə yumurta isə suyun üzərində  qalır.

Yumurtanı bişirərkən onun küt tərəfindən iynə, ya da sancaqla xırda deşik açılsa, o sınmaz. Sınmış yumurtanı duzlu suda bişirsəniz ağı suya çıxmaz.

Əgər qayğanağın yumurtasını südlə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd) o daha dadlı və zərif olar. Zəif od üzərində bişirilmiş qayğanaq bərk od üzərində bişmiş qayğanaqdan dadlı olur.

Əgər siz yumurtanın ancaq ağını işlətmək istəyirsinizsə, yumurtanın hər iki ucundan qıyıqla deşin, yumurtanın ağı axacaq, sarısı isə qalacaq.

İlıq bişirilmiş yumurtanı – 4 dəqiqə, bərk bişirilmiş yumurtanı – 10 dəqiqə bişirirlər.

Bişmiş yumurtanı çiydən necə ayırd etmək olar? Bişmiş yumurta tez-tez və çox fırlanır, çiy yumurta 2-3 dəfə asta dövrdən sonra dayanır.

Əvvəlki məqaləYalnız atadan övlada ötürülən genetik xüsusiyyətlər
Növbəti məqalədəArıqlamaq istəyənlər üçün faydalı məsləhətlər