Yeni il yaxınlaşır. Bu da o deməkdir ki, sevdiklərimizi hədiyyələrlə sevindirmək vaxtıdır. Amma bəzən hədiyyə seçərkən səhvlərə yol veririk. Xüsusilə də, bayram təlaşına düşüb nəyi niyə seçdiyimizi anlamadan “lazımsız” bir əşyanı hədiyyə olaraq alırıq. Bu səhvləri etməmək üçün Foxy verən məsləhətlərə əməl etsən hədiyyə məsələsində karlı çıxarsan.

Yaxşı hədiyyə verməyin 4 yolu

Sosial şəbəkələrə göz at

Sosial şəbəkələr hədiyyə seçmək üçün yaxşı vasitədir. Belə ki, yaxın dostuna hədiyyə almaq, bayramda ona sevinc bəxş etmək istəyirsən. Amma seçim etməkdə çətinlik çəkirsən? O zaman mütləq yeni il qabağı dostunun səhifəsini izlə. Çünki nəsə status, ya da şərhlərdə istəyini yaza bilər. Və sən budan açar kimi istifadə edib yaxın dostunu sevindirə bilərsən.

Xatirəsi olan hədiyyə al

Elə bir hədiyyə ola bilər ki, sən onu özün hazırlaya və onu maraqlı təqdim edə bilərsən. Tutaq ki, hədiyyəni təqdim etmək üçün ipucları verirsən, qarşındakı insanda maraq oyadırsan və nəticədə o həmişə o hədiyyəyə baxanda onu kim və necə verdiyini xatırlayacaq.

Təcrübəli hərəkət et

Rəfiqənin ayaqqabısı köhnəlib və o yenisini almaq fikrindədi. Sən isə onun bu istəyini hiss edib yeni ildə ona bir cüt yeni və istifadə olunacaq hədiyyə verə bilərsən.

Hər kəsi düşün

Yeni il axşamı qonaq gedirsən və qonaqlıqda çox adam olacaqsa, yalnız ev sahiblərinə hədiyyə almaq düzgün çıxmaz. Ona görə də elə bir hədiyyə seçə bilərsən ki, qonaqıara da xoş olsun. Məsələn, bu hədiyyə ola bilər tort, pirojnalar və ya hər hansı bir dadlı şirniyyat ola bilər.

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləQan vermək və onun faydaları
Növbəti məqalədəToy üçün hazırlıq: Gözəllik planları