Saçlarınızın tərzi və rəngi yaşlı görünməyə səbəb ola bilər. Saçlarınız sizi rəzil də edər, vəzir də. Odur ki, saçlarınızla bağlı qərar vermədən öncə yaxşı düşünün.

Yaşlı göstərən saç modelləri

Eyni boyda kəsim — Saçların hər tərəfinin eyni boyda olması yaşlı görünməyə səbəb ola bilər. Yaşlı insanların saçlarını düzəltməyə vaxtı və həvəsi olmur. Buna görə də saçları eyni uzunluqda olur. Bir az qatlı saçlar gənc göstərir və azad görüntü bəxş edir.

Saç düzləşdirici alətlər və saç məhsullarından aşırı istifadə — saçları korlayır və yaşlı göstərir. Bu məhsullardan çox istifadə edildiyində solğun parlaqlıq verir.

Sapsarı saçlar yaşlı göstərir — Yaşlandıqca dəridəki piqmentlər azalır və dəri solur. Sarı saçlar daha da yaşlı görünməyə səbəb olur.

Qırıq saçlar — Baxımsız və qırıq saçlar nəyin ki, yaşlı göstərir, həm də səliqəsiz olduğunuzu bildirir. Parlaq olmayan saçlar yaşlılığın əlamətidir. Qidalandırıcı kremlər və maskalar edin. 

Tünd saçlar — saçlar çox tünd olduğu zaman üzdəki qırışlar, ləkələr, səpkilər daha çox nəzərə çarpır.  30 yaşını keçən qadınlar saçlarını çox tünd boyamalı deyil.

Əvvəlki məqaləParıltılı dəriyə sahib olmaq üçün nə etməli?
Növbəti məqalədəNə üçün uşaqlar yatarkən üstlərini tez-tez açır? – Anaların NƏZƏRİNƏ