xoşbəxtlikOksitosin beyində həyatdan zövq, xoşbəxtlik hisslərini yaradan hormondur.
Oksitosin həm də doğuş hormonu adlanır. Qadın övladını dünyaya gətirəndə ana ilə körpə ilk dəfə bir-birinə təmas edəndə həm uşaqda, həm anada bu hormon 100 qat artır.
Stresli vəziyyətlərdə, dünyadan üz döndərəndə bu hormonu artırmaq üçün mümkün olan hər bir şeyi sınamalısız.
Milli.Az bakupost-a istinadənoksitosini artırmağın 7 yolunu təqdim edir.
1. Qucaqlaşın – qucaqlaşma bu hormonu 2 qat artırır. Amerikalı psixoloq Pol Zak gündə ən azı 8 dəfə qucaqlaşmağı tövsiyə edir. Qucaqlaşdığın insan doğma, yad ola bilər. Eləcə də ev heyvanını qucaqlaya bilərsiz.
2. Ünsiyyətdə olun, söhbət edin – doğmalar, dostlarla canlı ünsiyyət bu hormonu hasil edir.
3. Masaja gedin – yüngül, rahatlaşdırıcı relaks masaj bədəndə bu hormonu artırır.
4. Ev heyvanı saxlayın – ona qarşı qayğı beyini rahatladır.
5. Torpağa toxum səpin – bu beynin kimyasını dəyişir. Elə ki, özünüzü enerjisiz hiss etdiz, bitki, toxum əkin.
6. Şokolad yeyin, şərbət için – çalışın bunlar təbii olsun.
7. Mahnı oxuyun – xoş bir mahnını zümzümə edib iş görmək və ya gəzmək də bu hormonu artırır.

Əvvəlki məqaləUşaq niyə danışmır: körpə hansı yaşda neçə söz bilməlidir? – Pediatrdan açıqlama
Növbəti məqalədəUşağın üstünə qışqırmaq onda bu xəstəlikləri yarada bilər