qadın

Səhər yeməyi

Hər şey günə gözəl başlamaqdan başlar, əgər siz səhəri birlikdə açırsınızsa, ona çox incə bir səhər yeməyi hədiyyə edə bilərsiniz. İldə bir dəfə sizi xoşbəxt edən xanım üçün romantik bəy olmaqdan çəkinmıyin. Amma əgər ki, birgə həyata hələ başlamamısınız, onu səhər yeməyinə götürün, bu sizin hazırladığınız piknik də ola bilər, ya da hansısa restoranda “səhər kahvaltısı”.

Sevimli kitab

Vücudumuza qida lazım olduğu qədər, zehnimizə qədə qida lazım. Amma bu hədiyyə xanımızın zövqünə bələd olduqda daha çox işə yarayar. Məsələn, əgər o, romantik komediya janrını və ya sevgi romanlarını xoşlayır, bəlkə dedektiv janrına üstünlük verir? Onun zövqünə uyğun bir kitab hədiyyə edə bilərsiniz. İşgüzar xanımlara isə spesifik, çalışdığı sahəyə uyğun ən yeni –trenddə olan kitabı bağışlamaq olar. həmçinin xanımınıza hansısa kitab klubuna üzvlük kartı da bağışlaya bilərsiniz, ki il ərzində ondan faydalana bilsin.

Xanımları sevindirəcək hədiyyələr

Çoxdan gözlənilən o an

Əgər onu yaxşı tanıyırsınızsa, mütləq zövqünə və istəklərinə bələdsiniz. Əlbəttə ki, onun getmək istədiyi hər hansı bir konsert, tamaşa və ya futbol matçı ola bilər. Bitetlər çox gözəl hədiyyədir, siz biletlə yanaşı həm də ona sizinlə birgə keçirəcəyi zamanı hədiyyə etmiş olursunuz. Amma musiqi üzərindən yanaşsaq, musiqi dinləmək üçün cihaz – məsələn ipod və ya orijinal bir disk – və ya xanımız üçün hazırladığınız playlist ola bilər. Əlbəttə daha romantik  və səs imkanları olanlar, serenada oxuya və ya mahnı da bəstələyə bilər. Yaradıcılıq məhdudiyyət tanımır.

Xanımları sevindirəcək hədiyyələr

Səyahət

Əgər imkanınız çatırsa – ona birgə səyahət hədiyyə edin. Bu həftə sonu və ya Novruz tətili zamanı birlikdə gedəcəyiniz bir səfər ola bilər. Büdcədən asılı olaraq, Qax, İlusu, Şahdağ, imkanı çatanlar, İstanbul, Kappadokiya, Avropanı xəyal edənlər, Napoli, Florensiya və ya Venessiya, zövqdən  və büdcədən asılı olaraq. Birgə səyahət, ikinci bal ayı və ya macəra dolu bir həftə sonu.

 

Xanımları sevindirəcək hədiyyələr

Romantik film

8 mart günü hansısa primyera – məsələn “Əjdəha və Gözəl” ola bilər. Amma bəzi fimlər var ki, onlara ikilikdə evdə baxmaq məsləhətdir, bunun üçün öncədən hazırlaşıb , onun sevdiyi filmi kompüterinizə yükləyə bilərsiniz. Film seyri üçün lazım olan çərəzləri də öncədən hazırlamağı unutmayın.

 

Xanımları sevindirəcək hədiyyələr

Çiçəklər

Romantik xanımlar çiçəkləri sevər, ağıllı xanımlar isə kişilərinin pulunu bu gün olub, sabah solan çiçəklərə xərclənməsini istəməz. Əlbəttə çiçək gözəl hədiyyədir, əbədi qalan çiçəklər icad olunmasa belə, ömrü bir neçə il olan çiçəklər vardır. Onlardan birini sevdiyinizə əbədi sevginizin təcəssümü kimi hədiyyə edə bilərsiniz.

Digər bir maraqlı variant isə dipçəkdə gül hədiyyə etməkdir. Sevgi zəhmət istər, çiçək də diqqət.

 

Xanımları sevindirəcək hədiyyələr

Debet kart və bankda hesab

Varlığa nə darlıq. Xanımıza içində vəsait yerləşdirdiyiniz bir kart hədiyyə edə bilərsiniz ki, xanımınız da bu kartla sizə hədiyyələr almış olsun.  Çox sərfəli fikirdir, çünki sizin ona alacağınız hədiyyəni o, bəzən qıyıb özünə ala bilmir və nəticədə pullar yenə uşaqlara və ya sizə xərclənmiş olur, bu artıq sizin niyyətinizə bağlı.

 

Xanımları sevindirəcək hədiyyələr

Şokolad,üzük, şərf, orijinal çanta, ətir – xanımları sevindirəcək hədiyyələrdəndir. Halbuki, şəxsən məni bunlarla təəccübləndirməkolmaz. Praktikliyi sevən xanımlara, onların işini asanlaşdıracaq hədiyyələr ala bilərsiniz. Məsələn eynək, soyuq havalar üçün əlcək, xanımızın işinə yarayan aksessuar. əgər xanımınız evdardısa bu o, demək deyil ki, hədiyyəniz mütləq ya tozsoran, ya ətçəkən maşın olmalıdır. Amma bu kimi ehtiyaclar varsa, onlar ilk növbədə qarşılanmalıdır.

Sonda onu deyim ki, sevdiyiniz xanıma diqqət ayırırkən, sizi dünyaya gətirən anaları və nənələri unutmayın. Bayram günü onları sevindirmək borcumuzdur.

Əvvəlki məqaləFrigidlik (cinsi həvəsin olmaması). SƏBƏBLƏR, MÜALİCƏ ‘
Növbəti məqalədəUşaqlıq yolunu daraltmaq üçün nə etmək lazımdır? – (Qadınlara özəl)