xal

Dəri xərçəngi növləri arasında ən ciddi olanıdır. Dəriyə rəngini verən melanositler buna səbəb olur. Əslində bunlar hər kəsdə var. Amma niyə bəzi insanlarda xərçəngə səbəb olur, bəzilərində olmur, bax, bu, çox maraqlıdı. Ən böyük əlaməti bədəndə olan xallardan hər hansı birində meydana gələn bir sıra xarici dəyişmələrdir. Bunun üçün dərimizdəki dəyişmələri müşahidə etməli və ən kiçik şübhədə bir dermatoloqa getməliyik. Dermatoloqlar bu vəziyyətdə bədəndəki bütün xalları müşahidə altına alırlar. Fotoşəkillərini çəkib kompüter mühitində müqayisə edərək xarici vəziyyətləri haqqında bir fikrə gəlirlər.

Bunlar bədənin hər yerində görülə bilir: burunda, ayaq, əl, dırnaq altı, kürək, boyun kimi nahiyələrdə. Hər halda, siz həkimin məsləhət bildiyi xaldan bir biopsiya edilməsi lazım olduğunu unutmayın. Nəticəyə görə bədxassəli melanoma çıxarsa, melanomanın qalınlığı, dərinliyi, dəridə yerləşdiyi yer və s. xüsusiyyətlər diqqətdə olur. Hər vəziyyətdə cərrahi müdaxilə qaçınılmazdır. Açıqca söyləsək, lazım gəlsə, xalın olduğu bölgə geniş kəsilib alınır. Daha sonra limfa vəzilərinin vəziyyətinə görə yeni müalicə təyin edilir. Melanoması olanlarda melanoma təkrarlama ehtimalı yüksəkdir. Ayrıca bu kəslərin yaxın qohumları da müşahidədə olmalıdır. Günəşə çıxmaq zərərlidir. Daxili orqanlara sıçraması vəziyyətində həyati təhlükə böyükdür.

Melanomanın yaranma riskini hansı faktorlar yüksəldir?

• Üzünmüddətli açıq günəş şüası altında vaxt keçirmək. Xüsusən, yay vaxtlarında çimərliklərdə və solyariy salonlarında.
• Ultrabənövşəyi şüaların təsirinə məruz qalmaq.
• Uşaq vaxtı günəş yanıqlarına məruz qalmaq
• Yaxın qan qohumlarında melanoma faktı
• Bədəndə çoxsaylı atipik xalların (nevusların) olması
• 50-dən çox və ölçüsü 3 mm-dən böyük olan xalların varlığı
• Açıq dərili, sarı saçlı və mavi gözlü insanlar

• Anadangəlmə nəhəng xallar (ölçüsü 20 sm-dan böyük)

• Xalların tez-tez zədələnməsi
• İmmun sistemin zəifləməsi

Melanoma
Melanomanın əlamətləri:
 

Ən əsas əlamət bədəndə olan xalda olan hər hansı bir dəyişiklik: xalın böyüməsi, rənginin dəyişməsi (tündləşməsi və ya rəngin solması), qanaması, xalda olan tükün düşməsi. Melanoma olan xalın kənarları qeyri-hamar, sərhədləri girintili-çıxıntılı, səthi qanamaya meyilli ola bilir.
Əgər sizdə yuxarıda göstərilən əlamətlərdən biri belə olarsa, təcili olaraq onkoloqa müraciət etməlisiniz! Gözləməyə vaxtınız yoxdur!
Xal bölgəsinin cərrahi müalicəsi:
Melanoma təsbit edilən dəri bölgəsinin geniş olaraq çıxarılması bu xəstəliyin standart cərrahı müalicəsidir. İncə melanomlarda (<1mm) yalnız 1 sm şiş bölgəsinin çıxarılması kifayətdir. Yara dodaqları qarşı-qarşıya gətirilib tikilir. Daha qalın melanomlarda 2-3 sm genişliyində toxumanın

çıxarılması lazımdır, yaranı bağlamaq üçün bədənin başqa bir yerindən alınan toxuma ilə yara bağlanır.