Bir çox cütlüklərin tez-tez qarşılaşdığı problemlərdən biri də qısqanclıqdır. Daha doğrusu aşırı qısqanclıq. Çərçivədə olan qısqanclıq həm qadına, həm də kişiyə xoş gəlir. Bəs çərçivədən çıxdıqda?… Bu artıq ciddi problemə gətirirb çıxarır. Son günlərdi bu barədə yazılar oxuyurdum. Mənə maraqlıdır, virtual tanışlarım bu barədə nə düşünür?
Xəstəlik halını almış qısqanclıq şəxsiyyət pozğunluğu və paronayaya yol açır. Bolu İzzət Baysal Ruh Sağlığı və Xəstəlikləri Xəstəxanası və Psixiyatırı Dr.Haluk Gülməz xəyanətə uğrayan, aldatma qorxusu ilə yaşayan qısqanc insanların bədbəxt bir həyat yaşadıqları kimi, birlikdə yaşadıqları insana da dünyanı zəhər etdiklərini, bu insanın cinayətə və intahara yaxın olduqlarını söylədi. Dr. Gülməz “Aşırı olmayan qısqanclıq son dərəcə təbiidir” deyib. Bunun tam əksi olaraq aşırı qısqanclıq xəstəliyinin uzun müddətli psixiatrik müalicə gərəkdirdiyini söylədi. Bu tip insanlar sevgililərinə, həyat yoldaşlarına və ya onların çevrələrindəki yaxın insanlara qarşı incidici və saldırqan olurlar. Həyat yoldaşları və uşaqlarıyla olan münasibətləri qırılan, işində uğurlu olmayan bu şəxslər psixi müalicə almadıqları sürəcə son dərəcə uğursuz və hüzursuz həyat keçirirlər. Dr. Gülməz qısqanclığın genetik olduğunu, qısqanc ana, atanın uşaqlarının da qısqanc olduğunu dedi. Hətta, bəzən qısqanc uşaqlar tək uşaq olmanın üstünlüyündən maksimum dərəcədə yararlana bilmək üçün öz qardaşlarını (bacılarını) öldürməyi belə fikirləşirlər.
P.S. Sevgiliniz və ya həyat yoldaşınız aşırı qısqancdırsa və psixi müalicəni rədd edirsə, bu işdə ona siz də kömək ola bilərsiz. Qarşılıqlı səmimi müzakirə çox şeyi həll edə bilər. Təbii ki, bu qınayıcı təsir bağışlamamalıdı. “Hər cütlük arasında problem olur. Əsas bu problemi danışaraq həll etməkdi” cümlələri səmimi söhbət üçün əlverişli giriş ola bilər.