ütü

Qadınların daim işini asanalşdıran elektrik avadanlıqlarından biri də ütüdür. Ütü alarkən nələrə diqqət etməliyik ki, köməkçimiz keyfiyyətli olsun?

Ən önəmli:

– Ütünün gücü

– Ütünün buxar təzyiqi

–  Ütünün alt hissəsi

Ütünün gücü

Ütünün gücü müəyyən temperatura nəçə müddətdə çatması ilə ölçülür. Vatt dəyəri nə qədər yüksəkdirsə, ütünün gücü o qədər çoxdur. Vatt dəyəri 2000-2400 olan ütülər üstünlük verilməlidir.

Ütünün buxar təzyiqi

Paltarı sürətli və asan ütüləmək ancaq buxar gücü yüksək ütülərdə olur. Buxar paltarların parçasına birbaşa bağlıdır. Kətan, ipək kimi ağır parçalar üçün buxar təzyiqi və gücü yüksək ütülər seçilməlidir. Sintetik parçadan çox paltarınız varsa, yüksək buxar gücü ütünün enerji istehlakını görə dəyərini artıracaq.

Həmçinin, açılmayan, ağır parçalar üçün ütünün üzərində şok buxar yazısı olmalıdır. Şok buxar xüsusiyyəti üçün ütülərin dəqiqədə 90-150 g/dk arasında buxar gücü olması tövsiyə edilir.

Ütünün alt hissəsi

Ütünün parçaya yapışmasını və qumaşın parlamasını əngəlləmək üçün ütününü alt hissəsi çox əhəmiyyətlidir. Keramika altlıq parçanın yapışmaması, parlamaması və ütünün asanlıqla hərəkət etməsi üçün ən yaxşı vasitəsidir.

Teflon əsaslı ütülər isə qumaşın yanmasına, saralmasına mane olur və parçanın üzərində sürüşərək asan ütülənir. Polad altlıq istiliyin bərabər şəkildə paylanmasını və parça üzərindəki sürüşkənliyi yüksək olmasına baxmayaraq istifadəsi olduqca çətindir. Çünki qumaşın yanma riski yüksəkdir. Həmçinin, bazadakı dəlik sayı çox olması olduqca əhəmiyyətlidir. Nə qədər çox dəlik varsa, o qədər buxar çıxacağı halda ütü sürətli, rahat vət tez şəkildə hərəkət edəcək.

Ütü növləri və ütülərin əsas xarakteristikaları Ütü məişət həyatımızda vaz keçilməsi mümkün olmayan əşyalardan biri sayılır. Ütülər əhəmiyyətinə görə mətbəxin ən vacib məişət texnikası olan soyuducular ilə eyni sıradadırlar. Ütülər 3 qrupa bölünür: Adi Ütülər Buxarlı Ütülər (Fakir “Vezuv”, “Eye”, “Thera”, “Lillie”, “Skyjet”) Buxar Generatorlu Ütülər (Fakir “Glare”, “Raphael”, “Raphael Plus”) Ütünün əsas xarakteristikası: Sərfiyyat Gücü və Temperatur rejimi Ütü Altlığının Örtüyü Buxar Vermə və Buxar Funksiyaları Müdafiə Funksiyası Bu xarakteristikalar ütülərin keyfiyyət və gücünü müəyyən edərək onları bir-birindən fəqrləndirir. İndi də bunların hər biri haqqında ayrı-ayrılıqda: Sərfiyyat Gücü – ütünün əsas xarakteristikasıdır. Effektiv ütüləmə və isitmə tezliyi birbaşa gücdən aslıdır. Gücünə görə ütülər aşağı (1600 W-dan aşağı), orta (1600-2000 W) və yüksək (2000-2600 W) enerji güclü qruplara ayrılır. Temperatur Rejimi – ütünün alt örtüyünün isinmə temperaturudur. Temperatur rejimi adətən 3 səviyyədə olur və tənzimləyici hissə başlığı ilə tənzimlənir. 1-ci səviyyədə adətən, ipək (silk) və neylon (nylon), 2-ci səviyyədə yun (wool), 3-cü səviyyədə isə pambıq (cotton), kətan (linen) və qalın lifli parçalar ütülənir. Ütü Altlığının Örtüyü. Paltarın səliqəli, yaxşı və keyfiyyətli ütülənməsi ütü altlığının örtük təbəqəsindən asılıdır. 3 növ ütü altlığı var: alüminium, paslanmayan polad və keramika. Alüminium altlıq. Bu altlıqlı ütülər çox ucuz qiymətə olur. Üstün tərəfi tez qızması, mənfi tərəfi isə tez soyunmasıdır. Alüminium yüngül metal olduğundan bu örtük çox kövrəkdir və tez zədələnir. Paslanmayan polad. Üstün tərəfi – möhkəm təbəqəsi var, asanlıqla təmizlənir, tez qızır və paltar üzərində yaxşı sürüşür. Keramika və metalkeramika. Bu gün ən geniş yayılmış ütü altlıq növüdür. Başqa altlıqlarla müqayisədə daha yaxşı sürüşür. Asanlıqla su və süngərlə təmizlənir. Yüngül çəkili olurlar. Bununla bərabər keramik altlıq da kövrəkdir. Nano keramika yeni nəsil ütü altlıqlarıdır. Belə ki, keramika altlığının tərkibinə təbii mineral olan turmalin daxildir. Turmalin-mikroelektronika, tibbi alətlərdə istifadə olunan antistatik özəllikli mineraldır. Daha yüngül parçaları belə təhlükəsiz ütüləmək olar. Buxar vermə və buxar funksiyaları. Bu – yüksək temperaturda su çənindəki suyu buxara çevirmə funksiyasıdır. Buxarvermə parçanın materialından asılı olaraq müxtəlif səviyyələrdə olur. Parçanın materialı qalın olduqca buxarvermə intensiv olmalıdır. Buxar gücü – dəqiqə ərzində verilən buxarı göstərir. Ütü altlığında nə qədər çox dəlik varsa buxarvermə bir o qədər effekltli olacaq. Su tutumu-ütünün su çəninin tutumunu göstərir. Orta su tutumu ölçüsü 200-250 ml-dir. Ütünün Müdafiə Funksiyasına – Anti-Calc, Self-Clean, Anti-Drip daxildir. Su çənindəki su buxar kimi istifadə olunduqdan sonra çəndə ərp yaradır. Anti-Calc texnalogiyası ərp yaranmasının qarşısını alır. Self-Clean funksiyası ilə su çənindəki ərp, çirk ən yüksək temperaturda xüsusi düyməni basmaqla ütü altlığının dəliklərindən çölə çıxır. Aşağı temperaturda ütüləmə zamanı su buxara çevrilmədiyindən, ütü altlığının dəliklərindən suyu damlatma təhlükəsi yaranır. Məhz Anti-Drip funksiyası sayəsində suyun paltar üzərinə damlatmasının qarşısı alınır. Auto Shut Off – avtomatik qapanma funksiyasıdır. Üfüqi vəziyyətdə hərəkətsiz 30 san-dən çox qalarsa ütü avtomatik olaraq qapanır.