analıq məktəbi

Ana olmaq istəyən, lakin hamiləliyi yarımçıq kəsilən qadınların əksəriyyətini bu sual düşündürür: axı, niyə bu mənim başıma gəldi?
Kənar amillər və hamiləlik dövründə hər hansı fəaliyyət uşağın düşməsinə çox az təsir göstərir. Buna görə də uşaq salan qadının günahı özündə görməsi vəziyyəti dəyişmir.
Uşaqsalmaların yarıdan çoxu xromosom toplusundakı dəyişikliklərə görə məhz xromosomların sayından və ya onların strukturunun keyfiyyətindəki dəyişikliklərdən baş verir. Bu məsələdə ananın qanının genetik qrupu da az rol oynamır.
Uşaqlıq boynunun birləşdirici toxumasındakı hər hansı qüsur hamiləliyin 3-4 ayında baş verən düşmələrin əsas səbəbi sayılır. Uşaqlığın formasındakı və həcmindəki anomaliyalar, çapıqlar, miomalar rüşeymin uşaqlıq boynunun selikli qişasına keçməsinə və inkişafına mane ola bilər.
Sonsuzluğa təsir göstərən hormonal fondakı pozuntular da bu halda uşaqsalma ehtimalını gücləndirir. Bundan başqa, qısa sürən post ovulyasiya fazası uşaqsalmaların təkrarlanmasına şərait yaradır. Təəssüf ki, yaş artdıqca bu ehtimalın gerçəkləşmə halları da çoxalır: bu göstərici 25 yaşınadək 15 faizdirsə, 38 yaşdan sonra 35 faizə çatır.
Hamiləliyin erkən mərhələsində uşaqsalmaların ən geniş yayılmış səbəbi də kişi spermasındakı patoloji dəyişikliklərlə bağlıdır.
Ətraf mühitin orqanizmə təsirinin də uşaqsalmaya səbəb olmasını aydınlaşdırmaq üçün tədqiqat aparılır. Ona görə gələcək ana hamiləlik vaxtı düzgün qidalanmaya xüsusi diqqət yetirməli, həm də siqaret və spirtli içkilərdən uzaq olmalıdır.

Uşaqsalma : niyə belə olur?

Əlbəttə, baş vermiş hadisənin səbəbini bilmək heç də iztirabı azaltmır. Uşaq salmış qadına yaxınları mənəvi dəstək olmalıdırlar. Yadda saxlamaq lazımdır ki, həmin mərhələdə qadını tək qoymaq və onun özünə qapanmasına imkan vermək olmaz. Uşaqsalmadan sonrakı emosional bərpa bir neçə ay çəkə bilər. Bəzi qadınlar hətta illər boyu belə bu hadisəni unuda bilmirlər.

Uşaqsalma : niyə belə olur?

Həmin dövr övladını itirənlər üçün də çətin ola bilər, çünki gələcək ata da uşağın itkisini pis keçirir, ümid və intizarının puça çıxması ilə barışa bilmir. Lakin bədbinliyə qapılmaq da olmaz. Ər – arvad baş verənlər barədə ürək sözlərini bir- birinə deməlidir. Eyni xatirələr insanları yaxınlaşdırır. Bəziləri belə hadisə ilə üzləşəndə bir-birlərinə nə deyəcəklərini bilmir, özlərinə qapanır, bir-birindən soyuyurlar. Halbuki,dərdi bölüşmək insanlara itki ilə barışmaqda kömək edir.

Əvvəlki məqaləAc qalmadan, idman etmədən, gündə 1 kq arıqladan çox sadə Yapon pəhrizi
Növbəti məqalədəKim istəməz gözəl olsun?