körpəyə qulluq

Səhər yeməyi yemə vərdişi mütləq qazanılmalıdır.

– Gün ərzində 3 saatdan uzun ac qalmamalıdır.

– Yemək əvvəli şəkərli qida və tez bazar qida istifadə etməməlidirlər.

– Meyvə şirəsi yerinə meyvənin özünü yeməyinə üstünlük verilməlidir.

– Qazlı və şəkərli içkilərdən qaçınmalıdır.

– Eyni zamanda 1boşqab ölçüsündə şorba, plov, makarondan yalnız birini seçməlidir.

Şüurlu Qidalanma seçimi

Kremlə və qaymaq yerinə təzə süddən edilmiş dondurma və şirniyyat

Qızardılmış toyuq parçaları yerinə sobada bişmiş toyuq

Qızartma balıq yerinə sobada və ya buğda bişmiş balıq

Yağda bişmiş yumurta yerinə teflon tavada yağsız bişmiş omlet

Kartof qızartması yerinə sobada kartof

Cips yerinə yağsız partlamış qarğıdalı

Çöldən alınan keks yerinə ev keks

Hazır meyvə suları yerinə təzə sıxılmış meyvə suları

Hazır kakao kremlərı yerinə bəkməz və ya bal

Unutmayin! Uşağınızın Rol-modeli sizsiniz!

Uşağınız öyrənmə pilləsində sizi rol model olaraq görər və qidalanma vərdişlərini qazanarkən də sizin vərdişlərinizi təqlid edər və davranış halına gətirər. Yəni sizin qidalanma vərdişlərini nədirsə, uşağınızdan da paralel davranışları görərsiniz. Bu səbəblə, sağlam bəslənmə vərdişləri olan bir uşaq yetişdirmək istəyirsinizsə, əvvəlcə öz qidalanma vərdişlərinizi düzəltməniz lazımdır.

Uşağın sağlam bəslənmə vərdişi qazanması üçün evdə süfrə nizamının olması çox əhəmiyyətlidir. Yemək saatları müəyyən olmalı və ən azından 1yemək ailecə yeyilməlidir. Ayaqüstü yemək yerinə süfrədə həmişə birlikdə olunmalıdır. Süfrədə ikən qəzet,jurnal oxumaq və ya TV izləmək kimi davranışlar valideynlər tərəfindən edilməməlidir.

Əvvəlki məqaləXanımlarımızın sevgi etirafı
Növbəti məqalədəDünyanı idarə edən güclü qadınlar