körpəQəbizlik uşağın düzgün qidalanmaması nəticəsində yaranan problemdir. Ancaq ev şəraitində bəzi qidalar və bitki mənşəli məhsullardan istifadə edərək bunun qarşısını almaq mümkündür.
Qəbizliyin qarşısını almaq üçün istifadəsi məsləhət olan bitki mənşəli vasitələr:
Zeytun yağı və limon qarışığı:
Uşaqlara qəbizlik zamanı 1 çay qaşığı zeytun yağını 1çay qaşığı təzə sıxılmış limon suyu ilə qarışdırıb səhər acqarına içirilir. Limon suyunun əvəzinə portağal suyu da istifadə etmək olar.
Quru meyvə və zeytun yağı qarışığı
1 ədəd quru əncir, 2 ədəd ərik qaxı və 2 gavalı xırda-xırda doğrandıqdan sonra üzərinə 1 stəkan yarım qaynar suya əlavə edilir. Biraz soyuduqdan sınra 1 xörək qaşığı zeytun yağı qarışdırıb sutka ərzində hər dəfə bir qaşıq olmaqla iki-üç dəfə uşağa içirilir.
Bitki çayları
Bir çox bitki çayları, xüsusilə razyana və çobanyastığı çayı uşağın qısa müddətdə qəbizlikdən xilas olmasına kömək edər.
Razyana toxumu
Razyana uşaqlarda qəbizliyə qarşı yayğın istifadə edilən təbii vasitələrdən biridir. 2 stəkan suya bir çay qaşığı razyana toxumu əlavə edib qaynatdıqdan sonra süzülür və gündə bir-iki qaşıq istehlak olunur.
Kişmiş
Bir ovuc kişmiş 1 gecə suda isladılır. Süzüldükdən sonra islanmış kişmişlər qəbizlikdən əziyyət çəkən uşağa yedizdirilir.
Meyvələr
Uşağa armud, üzüm, gavalı, yemiş, ərik, əncir, xurma kimi meyvələr gündə ən az 2 porsiya yedizdirilmilidir. Bu meyvələr mövsümdən asılı olaraq yaş və ya quru ola bilər. Ancaq uşağın zövqünə uyğun olaraq kompot və ya şirə şəklində hazırlanmalıdır.
Alma qabığında lif miqdarı yüksək seviyyədə olduğu üçün, bu meyvənin qabıqları ilə istehlak edilməsinə üstünlük verilməlidir.
Armud həzm sistemini sürətləndirir və mədəni rahatladır. Bu meyvə də alma kimi qabıqlı yeyilməlidir.
Uşaqlarda qəbizliyə qarşı görülə biləcək digər tədbirlər:
Kartof və unlu qidaların istehlakı dayandırılmalıdır
İnək südü istehlakı azaldılmalı və keçi südünə üstünlük verilməlidir.
Ağ çörək əvəzinə çovdar, qarabaşaq və ya tam buğda çörəyi istehlak edilməlidir.
Şəkərli məhsulların istehlakından imtina edilməlidir.
Düyü plovu və makaron əvəzinə bulqur plovuna üstünlük verilməlidir.
Bağırsaqları tənzimləmək üçün evdə çalınmış qatıq, kefir, sup kimi qidalar daha çox istehlak edilməlidir.
Uşağın qida rasionuna meşə meyvələri və lifli tərəvəzlər əlavə edilməlidir.
Meyvə qaxları və bu meyvələrdən hazırlanan qidalar istehlak edilməlidir.
Turşulu, qəhvə və qara çay kimi içkilər uşaqlara verilməməlidir.
Uşaqlar üçün fəaliyyət sahəsi yaradılmalı və idman etməsi təmin edilməlidir.
Körpələrdə qəbizliyə qarşı tətbiqi asan tədbirlər
Körpəni ilıq suda çimdirmək və ya 5-10 dəqiqə ilıq suda oturtmaq əzələlərini rahatladıb qəbizlikdən xilas olmasına kömək edər.
Dörd aydan yuxarı körpələrdə qəbizlik müşahidə edilərsə, yeməklə yanaşı gavalı, alma, armud və şaftalı şirələri verilə bilər.
Körpəni məşq etdirmək qəbiz olmasının qarşısını alır.
Körpənin qarnını əl ilə yarım ay hərəkətləri ilə masaj etmək bağırsaq hərəkətlərinin sürətlənməsinə kömək edər. Lakin hər körpənin quruluşu fərqli olduğu üçün bütün bu üsulları sınamazdan əvvəl həkim ilə məsləhətləşmək tövsiyə olunur.

Əvvəlki məqaləHansı hallarda dolğu tətbiq olunmalıdır?
Növbəti məqalədəYerkökü şirəsinin faydaları