Kiçik yaşlarında kök olanların yüzdə 25-inin, gənclik dövründə kök olanların isə yüzdə 70-inin yetkin yaşlarda da kök qaldığına diqqəti çəkərək bildirir ki, bütün dünyada artan piylənmə əhəmiyyətli bir sağlamlıq problemidir.
Dünya Sağlamlıq Təşkilatı məlumatlarına görə, dünyada 400 milyondan çox piylənmə və 1 milyard 600 milyon ətrafında kilolu adamlar yaşayır. Bu rəqəmlərin 2015-ci ildə 700 milyon və 2 milyard 300 milyona çatmasının təxmin edildiyini, piylənmənin gedərək artmasını isə “piylənmə epidemiyası” olaraq adlandırıldığını bildirir
Dünyada ən yüksək piylənmə nisbətinin ABŞ-da müşahidə edildiyini, ölkədə 20 yaş və üstü fərdlərdə piylənmə nisbətinin yüzdə 55-ə çatdığını, Rusiyada yetkinlərin yüzdə 54-ünün, Braziliyada yüzdə 36-ının, Malayziyada isə yüzdə 27inin çox kilolu olduğu bildirilir. Bu araşdırmada qadınların yüzdə 25,6-ı, kişilərin yüzdə 12,9-u kök olaraq xarakterizə edildi.
Piylənmə, genetik və ekoloji faktorların qarlşılıqlı təsiri nəticəsində ortaya çıxan, bütün dünyada get-gedə artan və həyat keyfiyyətini azaldan bir xəstəlikdir. Piylənmə, bədənin yağ kütləsinin yağsız kütləyə nisbətinin həddindən artıq artması nəticəsi, boy uzunluğuna görə bədən ağırlığının arzu edilən səviyyənin üstünə çıxmasıdır.
Olduqca əhəmiyyətli bir xalq sağlamlığı problemi halına gələn piylənmə əvvəllər sağlam olmanın göstəricisi hesab edilirdi. İndiki vaxtda isə adama yüklədiyi əlavə xəstəliklər və ictimai problemlər səbəbiylə xroniki və ölümə səbəb olan xəstəlik olaraq qəbul edilməkdədir.
Köklük orta yaşın problemi kimi görünürsə də həyatın hər hansı bir dövründə ortaya çıxa bilməkdədir və körpəlik çağında görülən köklüyün yetkinlikdə də inkişaf riskini artırdığı bilinir. Bu gün yetkin köklərin yüzdə 30-unun 18 yaşdan əvvəl kök olan uşaqlardan meydana gəldiyi deyilir.
Kiçik yaşlarından kök olanların yüzdə 25-i, gənclik çağında kök olanların isə yüzdə 70-i yetkin yaşlarda da kök olaraq qalmaqdadır.