Uşaqlara faydalı yeməkləri sevdirmək bəzən çətin olur. Faydası çox olan nahar resepti üçün dəftər-qələmini götür və başladıq…⠀

Lazım olan ərzaqlar: ⠀

– kərə yağı;⠀

⁣- 4 ədəd kartof;⠀ ⁣

– 3 ədəd yerkökü;⠀

⁣- 1 ədəd yumurta;⠀

⁣- 100 qr krem pendir;⠀

⁣- 4 x. q. un;⠀

⁣- 1/2 paket qabartma tozu;⠀

⁣- Duz, istiot və başqa ədviyyat zövqə görə.⠀ ⠀

Hazırlanma qaydası:⠀ Kartof və yerkökünü təmizəyib və yaxşıca yuyub sürtgəcin kiçik tərəfindən keçirin. Krem pendir, yumurta, un, qabartma tozu və ədviyyatları üzərinə əlavə edib, qarışdırın. Kərə yağından bir dilim kəsib isti tavada əridin. Xörək qaşığı ilə qarışımdan kiçik küftələr ayırıb tavaya düzün və iki tərəfli qızardın. Hazır yeməyi isə ağız dadına görə istənilən sousla servis edə bilərsiniz. Nuş olsun!

əmizdirərkən hamilə qalmaqFərziyyə olaraq, qadınla kişi arasında baş verən istənilən cinsi əlaqədən sonra hamilə qalmaq mümkündür.
Əksər ədəbiyyatlarda və məlumat mənbələrində ana südü ilə əmizdirmənin arzuolunmaz hamiləlikdən etibarlı qorunma vasitəsi kimi qələmə verilir. Əmizdirmə səbəbilə hamiləlikdən qorunmaya tibbdə laktasiya amenoreyası metodu (LAM) da deyilir.
Digər tərəfdən əmizdirərək hamilə qalan qadınların da sayı az deyil. O zaman ana südünün effektiv reproduktiv təsiri haqda olan məlumat nə dərəcə düzgündür?
Müstəsna olaraq ana südü ilə əmizdirmək özü özlüyündə hamilələlikdən 98-99.5% qorumaq kimi təsirə malikdir. Lakin bu təsirin effektliyi üçün aşağıdakıları nəzərə almaq və ya riayət etmək mütləqdir:
– Körpənin doğulmasında 6 aydan daha az vaxt keçibdir.
– Əmizdirən ananın doğuşsonrası qanaxmadan sonra aybaşısı bərpa olunmayıbdır. Yəni doğuşsonrası qanaxma (nifas) bitdikdən ana sonuncu aybaşını hamiləliyindən öncə görəndir.
– Körpə müstəsna olaraq, anasının südü ilə qidalanır (əlavə heç bir maye, qida və s verilmir), gecə və gündüz tələbinə uyğun olaraq əmizdirilir.

Əvvəlki məqaləKişiləri qadınlarda cəlb edən 6 təəccüblü nüans
Növbəti məqalədəHər aldadılma eyni deyil