analıq məktəbi
 
Uşaqlara səyahətə getməyi planlaşdıranda həmişə bir fikir bizi narahat edir: Birdən uşağa nə isə olar. Bu nigarançılıqlara baxmayaraq,uşaqların sevincini yarıda qoymayıb,səyahətə çıxmaq fikrindən də geri durmuruq. Ancaq,tibbi nöqteyi nəzərdən,bir sıra ehtiyyat tədbirləri görmək lazımdır ki,bu səyahət maksimal dərəcədə problemsiz ötüşsün.

 

İlk növbədə uşağın sahə həkimi ilə məsləhətləşmək lazımdır. Xüsusilə də əgər uşaqda hansısa xroniki xəstəlik varsa həkim məsləhət verə bilər ki,xəstəliyin kəskinkəşmə riskini necə azaltmaq olar,nə kimi ehtiyyat tədbirləri görmək lazımdır,hansı dərman vasitələrini özünüzlə götürməlisiniz.Yaxşı olar ki,həkimlə peyvənd haqqında da söhbət edəsiniz:yaşına uyğun bütün peyvəndlərini alıbmı,planlaşdırdığınız səyahət məkanı üçün yetərincə peyvəndlidirmi,həmin yerdə spesifik xəstəliklərə yoluxmaq təhlükəsi varmı.Bundan əlavə,yemək və içmək baxımından nələrə diqqət etməlisiz və nələrə qarşı ehtiyatlı olmalısınız…bütün bunları dəqiqləşdirmək lazımdır.
 

 

Gedəcəyiniz tətil məkanının tibbi xidməti haqqında da qabaqcadan məlumat almanız məsləhətdir, hansı sənədlər sizə lazım ola bilər dəqiqləşdirmək vacibdir. Д°ndi bizim ölkədə,sahə poliklinikasında qeydiyyatda olan hər uşağa xüsusi plastik elektron kartlar verilir.Bu kartlarda uşaqların    qan qrupları,rezusu,aldığı peyvəndlər,keçirtdiyi xəstəliklər və s.kimi anamnestik məlumatlar yazılır.Hər ehtimala qarşı,bu plastik kartı da özünüzlə götürün.

 

 



 Bütün bu ehtiyyat tədbirləri, çox güman ki, səyahət zamanı ciddi sağlamlıq problemlərinin olmasının qarşısını alacaq. Ancaq yüngülvari,cüzi xoşagəlməz hallardan heç kim sığortalanmayıb. Adətən bu cür vəziyyətlərdə,özünüz,həkim köməyi olmadan problemin öhdəsindən gələ bilərsiniz. İşinizi yüngülləşdirmək üçün isə siz,əvvəlcədən ,ilk yardım vasitələrilə təhciz olunmuş aptekçə hazırlamalısınız. Bu həm də ona görə vacibdir ki,,gedəcəyiniz məkanda sizin həmişə istifadə etdiyiniz dərman və vasitələr olmaya bilər. Sözsüz ki,aptekçəyə daxil olan vasitələrin siyahısını da həkiminizlə məsləhətləşib tərtib eləməlisiz.Bu zaman uşağınızın yaşı və xüsusiyyətləri,gedəcəyiniz yerin iqlim şəraiti və s. nəzərə almaq lazımdır.Həmçinin tibbi preparatların saxlanma şəraitinə baxmaq lazımdır,çünki elə dərmanla var ki,onlar daşınma şəraitinə uyğun deyil və yalnız xüsusi temperatur şərtlərində saxlanıla bilər.

 

Antihistaminlər-allergik reaksiyaların qarşısını almaq və eləcə də həşərat sancmalarında istifadə olunur,məsşFenistil,Klaritin,Zitreks,Lorin və s.siroplar. Həmçinin xaricə(dəriyə) istifadə üçün Fenistil-qel.

Antiseptiklər-Hidrogen peroksid,yod,brilyant yaşılı,ərik yağı,Kalium permanqanatın (marqans) hazır zəif məhlulu,Detoll,Xlorofillipt(spitrdə və yağda məhlulu,yağda məhlul uşaqlar tərəfindən daha yüngül qəbul olunur,çünki qıcıqlandırmır,yandırmır)



Yaniqlara qarşı vasitələr-Pantenol(krem və ya sprey),çaytikanı yağı.



Pişməcələrə qarşı-Desitin,Leyner məlhəmi,talk və s.



Sarğı materialları-steril bint və pampıq,sterilləşdirilmiş tənzig salfetlər,Leykoplastır rulonu,bir dəfə istifadə üçün xırda ölçülü leykoplastırlar(santavik),xüsusi qablaşdırmada olan steril,spirtli nəm salfetlər,qulaq çöpləri və s.



Xəstəyə qulluq üçün lazım olan predmetlər-Hərarətölçən,mikroklizma,selik sorucusu,pipet,dərmanı ağıza tökmək üçün xüsusi şprislər,nəm ,dezinfeksiyaedici salfetlət .



Bağırsaq pozulmalarında istifadə olunan vasitələr-Normo kid,Beybimiks, köpdə,meteorizmlərdə Aktivləşdirilmiş kömür,Smekta adsorbenti,ishallarda reqidron,bağırsaq mikroflorasını normallaşdıran Lineks,həzmə kömək edən fermentlər:abomin,mezim,enterodez və s.



Hərarət salan preparatlar-Nurofen,Panadol,Eferelqan siropları,Viburkol,3 yaşdan böyük uşaqlar üçün Parasetamol şamları.



Zökəm əleyhinə praparatlar-uşaq üçün Nazivin,Euforbium kompozitum,duzlu məhlul. və s.



Həşərat sancmalarına qarşıKalendula məlhəmi,Ledum,Korvalol,Vitaon



Öskürək əleyhinə praperetlar–Pulmoksol,Pulmoks-bebi,Lazolvan,ASS-100 və s.



Boğaz ağrılarında-Heksoral -sprey,Strepsils və s.



Otitlərdə istifadə olunanlardan-otipaks



Diş çıxartmada istifadə olunanlar-Kalgel,Xamomilla.



Göz damcıları-Albusid və s.

 

Təbii ki,yuxarıda sadalanan çeşidlərdən hansının sizin uşağınız üçün daha əlverişli olduğuna həkiminiz qərar verməlidir.

 

Səyahət zamanı bəzi vasitələr var ki,onlar həmişə əl altında,mini-aptekçədə olsalar yaxşıdı. Məsələn,distillə

 

olunmuş su şüşəsi,plastır,pampıq tamponlar,steril spirtli salfetlər,hidrogen peroksid,fenistil-gel,parasetamol,qələm şəkilli yod və ya briliyant yaşılı,”Spasatel” məlhəmi.

 

 

Xüsusilə,uzaq yolarda və təyyarə ilə səyahətlərdə lazım olan bəzi dərmanları nəzərə almaq lazımdır. Avtomobil , avtobus , qatar və ya gəmi səyahətlərində şox yırğalanma nəticəsində “yol tutma” deyilən xoşagəlməz hissiyyatlar yaranır:baş gizəllənmə,ürəkbulanma,qulaqlarda küy və s. Belə hallarda homeopatik praparatlar,Dramina,Aeron və s. lazım olur. Əgər uşaqda respirator xəstəliyin azacıq simptomları varsa təyyarə ilə səyahət zamanı aerootit yarana bilər.Bunun qarşısını almaq üçün,uçuşdasn öncə,uçuş vaxtə və sonra buruna damardaraldıcı damcı-Nazivin damlatmaq lazımdır.Tez-tez otit olmağa meylli uşaqdırsa,hər ehtimala qarşı qulağına ,məs. Otinum damızdırın. Yadda saxlamaq lazımdır ki,Təyyartə qalxanda və enəndə uşaq tez-tez udqunmalıdır ,bunun üçün sorma konfet almalıdı ağzına ya da su qurtumlamalıdır.Südəmər körpələri isə qalxma və enmə anlarında əmindirmək olar,ancaq,uşağı bir az horizantal tutmaq şərtilə.

 

Yay tətilləri zaman getdiyiniz səyahətlərdə mütləq günəşdən qoruyan vasitələrin tədarükünü görmək lazımdır.Münasib paltar və baş geyimləri ilə yanaşı,günəşdən qoruyan kremlər götürmək lazımdır.Belə kremləri istifadədən əvvəl sınaqdan keçirin,budun iç səthinə 1 sm enində nazik təbəqə ilə çəkin,heç bir qızartı yaranmasa istifadə edə bilərsiniz.Günəş vannalarından sonra,qaralmalardan sonra istifadə üçün olan kremlər də götermək vacibdi.Bu məqsədlə,tərkibində günəşəleyhinə kremlər olan birdəfəlik istifadə üçün nəzərdə tutulan nəm salfetlər (məs.pampers firması) istifadə oluna bilər.

 

Yadda saxlamaq lazımdır ki,6 ayına qədər uşaqlar günəş şüaları ilə bir-başa təmasda olmamalıdırlar,3 yaşına qədər uşaqlar isə günorta vaxtı qısamüddətli olsa belə günəş şüaları altında gəzməməlidirlər.



 Həşəratlardan qorunma üsullarını da öncədən düşünmək lazımdır.Hər həşərat əleyhinə vasitə uşaq üçün təhlükəsiz deyil.

 

Bir çox repellentlər və fumiqatorlar 3 yaşına(Moskitol) yaxud 5 yaşına(Autan) kimi olmaz. Dəriyə istifadə zamanı da çox vaxt allergik reaksiyalar törədir.Yaxşı olar ki,onları patar üzərinə istifadə edəsiniz.

 

Təbii ki,səyahət zamanı uşaqların başına gələ biləcəyi bütün gözlənilməz hadisələri qabaqcadan görmək mümkün deyil.Ancaq ən çox rast gəlinən problemlərə hazırlıqlı olmaq istirahətinizin sakit keçməsi üçün şərait yaradacaq.
Əvvəlki məqaləKilo almaq kişilərdə sperma keyfiyyətini aşağı salır
Növbəti məqalədəQısa müddətdə arıqladan tezbazar pəhrizi