uşaq

Yəqinki bir çox valideyni bu problem narahat edir. Enurez- uşağın fizioloji və ya psixoloji səbəblərdən yuxu əsnasında ya da oyanıq halda sidiyini saxlaya bilməməsidir.

Gecələri altını islatma bir çox uşağın yaşadığı problemdir. Oğlanlarda qızlara nisbətən çox təsadüf olunur.

Sidik ifrazı zamanı sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələləri isə eyni vaxtda yığılmalıdır. Bütün bu proses sinir sistemi tərəfindən avtomatik tənzimlənsə də uşağın özü tərəfindən buna nəzarət edilir. 3 yaşına kimi uşaqlarda sinir sistemi prosesə nəzarət edə biləcək səviyyədə inkişaf etmədiyi üçün bu avtomatik şəkildə qeyri-iradi baş verir. Yəni sidik kisəsi dolan kimi sidik kanalı əzələləri boşalır və uşaq sidik ifraz edir. 3 yaşından sonra (ən gec 5 yaşa kimi ) uşaqlarda sinir sistemi inkişaf edərək şüurlu şəkildə nəzarəti formalaşdırır. Artıq uşaqda sidiyə getmək istəyi yaransada, o avtomatik həmin an sidiyə getmir, sfinktor (bükücü əzələ) sayəsində sidiyi saxlaya bilir. Normada uşaqlar 2 yaşdan etibarən böyük tualet vərdişini, 2-3 yaş arası kiçik tualet vərdişini nəzarətdə saxlamalıdır. 5 yaşa kimi formalaşmayıbsa artıq narahat olmaq lazımdır.

Əgər hər hansı fizioloji (böyrək, sidik kisəsi, ifrazat yollarında pozğunluq, bağısaq qurdları və s.) səbəb və genetik faktor (yəni ana və ya ata xəttində enurez ) müşahidə olunmursa enurezin səbəbi psixolojidir. Bunlar aşağıdakılardır:

– Valideynlərin təzyiqə çevrilmiş nəzarəti nəticəsində yaranan psixoloji tvavmalardır. Karşokda uşaqlar uzun müddət oturanda (“anal” mərhələ, psixoseksual inkişaf mərhələsi zamanı həzz mərkəzi cinsi orqanlar olur) öz nəcislərini bükücü əzələdə saxlayaraq ondan həzz alırlar. Valideynlər bunu nəzərə almayıb tələsdirirlər ki, buda uşaqların psixikasına mənfi təsir göstərir. Gecə altını isladanda isə danlayır, cəzalandırır, gecələr vaxtsız oyadıb tualetə aparır və ya narahat yataq düzəldirlərki narahat yatsın yerini islatmasın. Bütün bunlar isə yataq islatmanı daha da gücləndirir.

Əvvəlki məqaləZəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar
Növbəti məqalədəPayızın ətək dəbi