dəb

Elə qadın aksessuarları var ki, onlar özünəməxsus tərz yaratmaqla yanaşı, həm də sahibinə uğur gətirir. Hər kəs həyatında onu motivasiya edən, ona ümid verən, uğur gətirən gözəl əşyalara ehtiyac duyur.

Aparılan araşdırmalara görə, bir əşyaya daim eyni enerjini yükləsəniz, bir müddət sonra o, ətrafa eyni enerjini yaymağa başlayacaq. Sizin üçün böyük mənası və dəyəri olan həmin aksessuara hər baxanda arzu və diləklərinizi xatırlayacaq, beləcə, cazibə qüvvəsini özünüzə tərəf çəkəcəksiniz.

Əvvəlcə, istifadə edəcəyiniz aksessuarın hansı məsələdə şans və uğur gətirməsini arzuladığınıza qərar verin. Bu, məhəbbət, bərəkət, karyera ilə bağlı ola bilər. Eyni anda çox diləyiniz varsa, müxtəlif aksessuarları birdən taxmaq imkanınız da var. Təbii ki, onların hər biri ayrı-ayrılıqda fərqli məna yükü daşıyır.

Məsələn, üstündə bir neçə fiqur və işarə olan bilərzik ola bilər. Saat həvəskarısınızsa, bilərziyi də ona uyğunlaşdırmağa çalışın. Üstü yazılı, metal və ya ipli bilərziklər də yaxşı seçimdir. Boyunbağı sevirsinizsə, üstündə arzunuzu təmsil edən kulonu unutmayın. Bu məqsədlə nazik boyunbağılara üstünlük versəniz, daha məsləhətli olar. İnanclara görə, dörd yarpaqlı yonca, mələk qanadı, göz muncuğu, ulduz kulonlar sahibini bütün pisliklərdən qoruyaraq ona bir çox məsələdə uğur gətirir.

Beləliklə, aksessuar və daşların rənglərinə görə mənalarını təqdim edirik:

Qızıl rəngi: Uğur gətirir

Gümüşü: Gümüş vedalarda (qədim hindlilərin dörd başlıca müqəddəs kitabı) ilham və bilik ilahəsi Sarasvatinin nişanəsidir.

Qırmızı rəngli daşlar: Məhəbbəti, cəsarəti təmsil edir, həm də enerji ötürür.

Yaşıl rəngli daşlar: Bərəkət rəmzidir.

Mavi rəngli daşlar: Əmin-amanlığı simvozilə edir.

Unutmayın ki, aksessuarın sizə uğur gətirməsini istəyirsinizsə, onu daim üstünüzdə gəzdirməlisiniz.

Aytən

Əvvəlki məqaləYeni ana olanlar nə yeməlidirlər? – Ən faydalı qidalar
Növbəti məqalədəAybaşı zamanı cinsi əlaqəyə girmək olarmı?