körpə

Şəxsi “Medline” Antalya Xəstəxanasından Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Fuad Bigat, doğru bilinən bu səhvi belə açıqlayır:
“Sirkəli su ya da spirt ilə edilən bu kompreslərdə o an üçün atəş düşsə də spirt damarları əvvəl genişlədib sonra daraltdığı üçün qızdırma daha da yüksələ bilir.
“Uşaqlarda bədən istiliyinin 38 dərəcə olması vəziyyətində qızdırmalı olaraq qəbul edilə biləcəyini dilə gətirən F. Bigat, qızdırmalı uşağın müalicəsində edilməsi lazım olanları belə açıqlayır: “Əvvəlcə uşağın temperaturunu ölçün və təcili bir müdaxiləyə gərək olub olmadığından əmin olun.
Uşağınızın üzərindəki isti geyimləri çıxarın, nazik və geniş pijama geyindirin. Üşüsə belə üstünü örtməyin. Bol miqdarda su və sulu qidalar istehlak etməsinə diqqət edin.
Olduğu mühit çox isti və ya çox soyuq olmamalıdır. İlıq bir duş qəbul etdirin.
İlıq bezləri oynaqlarına qoyun. Həkim məsləhəti olmadan dərman verməyin.
Təyin olunmamış verilən dərman, uşağın temperaturunun nədən yüksəlməyinin səbəbi bilinmədiyi üçün müalicə verməz, eyni zamanda zəhərlənməsinə də yol aça bilər.”
Əvvəlki məqaləBaş ağrısını azaldan bilmədiyiniz 5 üsul
Növbəti məqalədəƏrik – Alma maskası