gözəllikHər bir dərinin özünəməxsus xüsusiyyəti var. Kimisi quruluqdan, kimisi də yağlılıqdan şikayətlənir. Bunun üçün hər dəri növünə uyğun olan maskalardan istifadə edilməlidir.
Ultra-quru dərilər üçün:
• 1 ədəd yumurtanı çalın. Üzə çəkib, üstündən bitki yağı sürtün. Maskanı quruyana kimi üzdə saxlayıb, əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalayın.
• 1 ədəd almanın qabığını soyub, xırda-xırda doğrayıb, süddə qaynadın. Qarışıq sıyıq halına gələndə onu soyudub, üzə maska edin. Qarışığı 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.
Nəmləndirici maska:
• 2 qaşıq yağlı kəsmiyi 1 çay qaşığı təbii meyvə şirəsi ilə qarışdırın. Qarışığın üzərinə 1 çay qaşığı yumurta sarısı və 1 çay qaşığı kamfora yağı əlavə edib, yaxşıca qarışdırın. Maskanı üzdə 20 dəqiqə saxlayıb, ilıq su ilə
yuyun.
Gözətrafı qırışlara əlvida:
• Qızılgül, santal və neroli efir yağlarının hərəsindən 1-2 damcı qarışdırıb, gözətrafına çəkin.
• JaJoba, avokado və badam yağının hərəsindən 1-2 damcı əlavə edib, limmeta, nanə, fenxel və neroli yağlarından 1-2 damcı qatıb, gün ərzində 1-2 dəfə gözətrafına çəkin.
Sellülitə “yox” de!
• Gerani, mojjevelnik, limon, fenxel, paçuli, rozmarin və kiparis efir yağlarının hərəsindən 1-2 damcı əlavə edib, qarışdırıb, problemli yerlərə çəkin.
Saçların daha da gözəlləşsin:
• Saçları içinə 5-7 damcı jajoba yağı əlavə olunmuş şampunla yuyun. Bu qarışıq saçlara parlaqlıq verib, onların kökünü bərkidəcək.
• Saç tökülməsinin qarşısını almaq üçün təmiz saçları zəncəfil və evkalipt dəmləməsi ilə yaxalayın.
Dişlərini ağart:
• Limon şirəsi sıxılmış pasta ilə dişləri fırçalamaqla onları bəyazlaşdırmaq olar.

Əvvəlki məqaləEvdə təbii göz laynerini necə hazırlamaq olar?
Növbəti məqalədəOrqanizminizi mikroblardan təmizləyin