evdar qadın

BİRİNCİ HİSSƏ

– Çuğundur tez bişsin deyə, onu soyuq suya deyil, qaynayan suya salın.

– Dadlı qayqanağın sirri – yumurtanı çaldıqda 1-2 xörək qaşığı soyuq su əlavə edin və yaxşı çalın.

– Soğanın acılığını götürmək üçün soğanı doğrayın, süzgəcə yığın və üzərinə qaynar su tökün.

– Makaronlar yapışmasın deyə bişirilmə zamanı suya 1 xörək qaşığı bitki yağı əlavə edin.

– Vineqret salatını daha dadlı və zərif etmək üçün salata 1 xörək qaşığı süd və 1 çay qaşığı şəkər tozu əlavə edin.

– Kələmi qızartdıqda rəngini saxlamaq üçün doğradıqdan sonra əvvəl üzərinə qaynar su tökün, sonra 1 dəqiqə ərzində soyuq suda saxlayın. Daha sonra isə yaxşı sıxın və qızardın.

– Mayalı xəmir hazırladıqda fikir verin ki, bütün inqrediyentlər eyni temperaturda olsun. Bunun üçün soyuducudan çıxarılan məhsulları (yumurta, kərə yağı) qabaqcadan soyuducudan çıxardın və 30 dəqiqə – 1 saat ərzində ev temperaturunda saxlayın.

– Piroqlara, bulkalara, sobada bişirilən pirojkilərə gözəl parıltı vermək üçün bişirdikdən əvvəl onların üzərinə çalınmış yumurta, süd və ya şirin su çəkin.

– Qızardılmış ətin yumşaq və zərif alınması üçün onu qızartdıqdan əvvəl kiçik tikələrə doğranmış kivi və ədviyyatların qarışığında 2 saat saxlayın. Bundan artıq saxlamaq olmaz.

– Kotletlərin dadını yaxşılaşdırmaq üçün farşa sürtgəcdən keçirilmiş çiy kartof və ya kök əlavə edin.

İKİNCİ HİSSƏ

– Mətbəxdə xüsusi böyük mətbəx qayçısı olmalıdır. Bu qayçının köməyi ilə bir çox məhsulları kəsmək daha asandır.

– Bıçaqları digər dəmir əşyalarla birlikdə saxlamayın. Bu halda bıçaqlar daha tez kütləşir.

– Əksər reseptlərdə sobanı qabaqcadan qızdırmağı tövsiyə edirlər. Qaz sobanı məmulatları bişirdikdən 10 dəqiqə, elektrik sobanı 25 dəqiqə əvvəl yandırmaq lazımdır.

– Südü allüminium qazanda uzun müddət ərzində saxlamaq olmaz.

– Pendiri qurumasın deyə onu bağlı qaba qoyun və yanına 2 tikə şəkər-rafinad qoyun.

– Emallı qazanın dibi yanıbsa, onu əvvəl soyudun sonra içinə soyuq su tökün. İsti qazana soyuq su tökəndə, emal çatlaya bilər.

– Qazanın dibi yanıbsa, qazana su və 1 qaşıq soda tökün, 1-2 saat saxlayın və sonra yuyun.

– Mətbəxdə xoşagəlməz iyi yox etmək üçün quru portağal, limon və ya mandarin qabığını yandırın.

– Əti çəkdikdən sonra ətçəkən maşınından çiy kartof keçirin. Bu halda ətçəkən maşın daha asan yuyular.

– Buzxanadan çıxardılmış ətin üzərinə bir qədər sirkə tökün. Ətin buzu daha tez açılacaq və ət daha yumşaq olacaq.

– Kartofu qızartdıqdan əvvəl dəsmalın üzərinə sərin, ki yaxşı qurusun. Bu halda kartof qızarma zamanı dağılmayacaq.

– Sousun dibi yanıbsa onu dərhal digər qazana boşaldın və 1/2 çay qaşığı şəkər tozu əlavə edin. Bu halda sousun dadı pisləşməyəcək.

– Bişirilmə zamanı çuğundurun rəngini saxlamaq üçün qazana bir qədər limon duzu əlavə edin.

– Balığın xoşagəlməz iyini yox etmək üçün balığı soyuq duzlu suda yaxşı yuyun.