Şüyüd toxumu yağı min illərdir ki, istifadə edilir. Əvvəllər öskürəyə, soyuqdəyməyə, qripə və digər xəstəliklərə qarşı dərman hesab olunurdu. Həm maddələr mübadiləsini sürətləndirir, həm də iştahanı kəsir. Şüyüd toxumu yağı sayəsində artıq çəkidən də xilas olacaqsınız.
Şüyüdün möcüzəvi təsirləri
Möcüzəvi bitkinin hansı hallarda istifadə olunması və faydaları haqqında məlumatı təqdim edirik:

1. Xolesterini azaltma qabiliyyətinə malikdir.
2. Mədə yarası və həzm problemini aradan qaldırır.
3. Bu yağ həm də stressi aradan qaldırır
4. Sakitləşdirici xüsusiyyətə malikdir.
5. Dezinfeksiyaedici xüsusiyyəti var
6. Yaraları infeksiyadan qoruyur
7. Başda olan bitlərə qarşı çox xeyirlidir

MADDƏLƏR MÜBADİLƏSİ SÜRƏTLƏNDİRİR
Təbiətin bizə bəxş etdiyi hədiyyələr arasında olan efir yağları sağlamlıq problemlərinə kömək edir. Şüyüd toxumunun yağı maddələr mübadiləsini yaxşıladırır, iştahanı idarə edir. Bunun nəticəsində də kilo probleminizə yardım edir.

HƏZM SİSTEMİNƏ DƏSTƏK VERİR 
Təsirləri sadəcə artıq çəkinin azalmasına təkan verməklə bitmir. Bununla yanaşı yaxşı bir antioksidləşdirici rolu oynayır. Bədəndəki sərbəst radikallarla savaşır. Bağırsaqlarda yaranan problemlərin öhdəsindən gəlir.

Şüyüd toxumu yağı necə istifadə edilir?
Hər sabah yeməklərdən 15 dəqiqə əvvəl bir stəkan ilıq suyun içinə iki damcı qarışıdırıb için. Bu ərəfədə diyetiniz də önəmlidir. Sadəcə şüyüd toxumu ilə kilo atmağınız olduqca çətindir. Diyet müddətində karbohidratların istehlakını azaltmaq lazımdır.

BU RESEPTİ TƏTBİQ ETMƏZDƏN ƏVVƏL HƏKİMLƏ MƏSLƏHƏTLƏŞMƏK MÜTLƏQDİR.

Əvvəlki məqaləSadə və möhtəşəm obrazlar
Növbəti məqalədəCavanlığı və gözəlliyi qoruyan təbii vasitə