sağlamlıq

18 yaşında keçirdiyi xəstəlik nəticəsində keçəl qalan rusiyalı model Anastasiya indi gur saçları ilə hər kəsi heyrətə salır.

18 yaşında androgenetik alopesi diaqnozu qoyulan gənc qızın keçirtdiyi stressdən sonra saçı tökülüb və keçəl qalıb. Müalicələrin sayəsində gur saçlarına qovuşan qız şampun hazırda reklamlarının ulduzu olub.

23 yaşlı modelin indi uzunluğu 1.60 sm olan sağlam və gur saçları var.

O, instaqram səhifəsində etiraf edib ki, yetkinlik dövründə stress keçirib və keçəl qalıb. Anastasiya hər gün Omeqa 3 və D vitamini qəbul edib.

Rusiyalı model bildirib ki, saçları uzanmağa başlayanda isə onları yuduqdan sonra saç qurudan fenlə qurulayıb.

Güclü saçlara sahib olmağın sirlərini 238.000 abunəçisi ilə bölüşməyə davam edən Anastasiya hazırda bu yolla pul qazanır. O, sosial media üzərindən adambaşı 54 funt sterlinq qarşılığında güclü saçlara sahib olmaq üçün məsləhətlər verir.

Əvvəlki məqaləDünyanın ən gözəl üz cizgilərinə malik olan qadınları
Növbəti məqalədəAlla Puqaçovadan qiymətli fikirlər