Soyuducu evinizin ən vacib əşyalarından biridir. Digər ev texnikası sıradan çıxdıqda,onlarsız bir müddət keçinmək mümkündür.Lakin,soyuducu sıradan çıxdıqda belə olmur.Buna görə də soyuducu seçimi zamanı çox diqqətli olmalıyıq.Bəs soyuducunu düzgün necə secməlisiniz, bunu bilirsinizmi? Bu məqalədə, Orion.az saytı sizinlə seçim zamanı diqqət yetirilməsi gərəkən faktorları bölüşür.

Soyuducu seçimi zamanı hansı faktorlara diqqət yetirməliyik?

Soyuducu evinizin ən vacib əşyalarından biridir. Digər ev texnikası sıradan çıxdıqda,onlarsız bir müddət keçinmək mümkündür.Lakin,soyuducu sıradan çıxdıqda belə olmur.Buna görə də soyuducu seçimi zamanı çox diqqətli olmalıyıq.Bəs soyuducunu düzgün necə secməlisiniz, bunu bilirsinizmi? Bu məqalədə, Orion.az saytı sizinlə seçim zamanı diqqət yetirilməsi gərəkən faktorları bölüşür:

1. Soyuducunun ölçülərinin və həcminin seçimi:

Seçim zamanı ilk öncə soyuducunu yerləşdiriləcək sahə üçün nəzərdə tutulan ölçülərini dəqiqləşdirmək lazımdır.Bu ölçülər elə seçilməlidir ki,soyuducu yerləşdiyi yerdə tam sıx vəziyyətdə olmasın və qapısı sərbəst açıla bilsin.Ümumiyyətlə, texnikanın satış bazarında soyuducular qabaritlərinə görə 4 tip üzrə təsnifləşirlər:kompakt tipli,asiya tipli, avropa tipli,amerika tipli soyuducular.

Kompakt tipli soyuducuların hündülüyü 85-160 sm, eni 50-60 sm, dərinliyi isə 60 sm civarında dəyişir.Adətən , bir və yaxud iki qapılı modellər olurlar.Əksər hallarda yuxarı dondurucu kameralı olurlar.

Asiya tipli soyuduculara yuxarı dondurucu kameralı,çox da hündür olmayan,enli və dərin modellər aiddir.Bu modellərin hündürlüyü 165-170 sm, eni 80-90 sm, dərinliyi isə 65 sm olur.

Avropa tipli soyuduculara adətən,yuxarı və nadir hallarda aşağı dondurucu kameralı,uzun və ensiz modellər aiddir. Bu tip soyuducuların hündürlüyü 175-200 sm,eni 60 sm,dərinliyi 60 sm olur.Avropa tipli soyuducuların seçimi zamanı diqqət yetirilməsi gərəkən vacib amillərdən biri də ailə üzvlərinizin boy ölçüləridir.

Amerika tipli soyuducaları (Side-by-Side) geniş sahəsi və geniş ailəsi olanların adeal seçimi adlandırmaq olar. Beləki, bu tip soyuducular enli,ikiqapılı olurlar:sağ tərəfdə soyuducu kamera,sol tərəfdə isə dondurucu kamera yerləşir. Belə modellərin hündürlüyü ,adətən, 180 sm, dərinliyi 60-80 sm, eni isə 100 sm olur.

Soyuducunu seçərkən onun tutum həcminin seçimi də vacib faktorlardan biridir.Məsələn,əgər ailəniz 3-4 üzvdən ibarətdirsə, bu zaman sizə 300-350 litr həcmli soyuducu kifayət edər.Əgər sahə məhdudiyyəti yaşayırsınızsa bu zaman, sizə 50-150 litlik soyuducular uyğundur.Həmçinin soyuducu, və dondurucu kameraların nisbi həcmi də vacib amillərdən biridir.Məsələn, əgər siz həftəlik bazarlıq edirsinizsə,və yaxud, yeməkləri həftəlik hazırlayıb saxlayirsinizsa ,bu zaman, soyuducu-dondurucu kameraların həcm nisbəti 50%-nın 50%-za olması məsləhətdir.

2. Soyuducunun buzaçma növünə görə seçimi:

Soyuducunun normal fəaliyyəti üçün vaxt aşırı onun dondurucu kamerasını buzlardan təmizləmək lazımdır. Müasir soyuducularda bu proses avtomatik olaraq soyuducunun özü tərəfindən həyata keçirilir. Ümumilikdə isə, buzaçma funksiyasına görə soyuducular 3 tip üzrə təsnifləşirlər: əl ilə buzaçma(mexaniki), yarımavtomatik buzaçma və avtomatik buzaçma.

Əl ilə buzaçma (mexaniki) növü ildə bir-iki dəfə istifadəçinin özü tərəfindən həyata keçirilir. Bu proses zamanı soyuducu şəbəkədən tam ayrılır,dondurucu kamera ərzaqlardan tam azad olunur. Buzlar tam əridikdən sonra kamera silinib təmizlənir.

Yarımavtomatik buzaçma növündə dondurucu kameranı gündə bir dəfə və yaxud həftədə bir dəfə (modelin instruksiyasından aslıdır) dayandırılır.Belə modellərdə bu proses üçün xüxusi düymə olur.İstifadəçi bu düymədən istifadə edərək soyuducunun fəaliyyətini dayandırır,sonra isə soyuducu avtomatik olaraq buzaçma prossesini,ərinən suların yığılması prosesini,soyuducunun yenidən işə salma prosesini həyata keçirir.

Avtomatik buzaçma növündə soyuducu buzaçma vaxtını özü təyin edir. No Frost sinfinə daxil olan soyuducuları bura aid etmək olar.No Frost soyuducuların dondurma kamerasında xüsusi ventilyasiya sistemi olur,hansıki soyuq havanı daima sirkulyasiya etdirərərək dondurucunu donmağa qoymur.Lakin ventilaytorun pəriləri gözümüzə görünməsələr də donurlar. Bu modellərdə pərilər xüsusi isitmə sistemi ilə təchiz olunurlar,yəni,müəyyən zaman işlədikdən sonra pərilər dayanır,isitmə sisteminin köməkliyi ilə buzlardan azad olduqdan sonra yenidən işə düşür.

3.Soyuducuların klimatik sinifləşmə üzrə seçimi.

Hər soyuducu istehsalçısı soyuducunu istismar şərtləri ilə istehsal edir.Yəni,hər bir soyuducu müəyyən hava rejimində işləmə qabiliyyətinə malikdir.Bu parametrlərə əsasən soyuducuları seçərkən, onların hansı hava rejimində fəaliyyət göstərməsi haqqda məlumata diqqət yetirmək lazımdır. Soyuducular standartlara uyğun olaraq 4 klimatik sinfə bölünürlər: N-, SN-, ST-, T-.

N- normal klimatik sinfinə aid olan soyuducular +16°С dan +32°С temperaturlarda işləmə qabiliyyətinə malikdirlər.

SN-subnormal klimatik sinfinə aid soyuducular +10°С dan +32°С kimi temperaturlarda işləmə qabiliyyətinə malikdirlər.

ST-subtropik klimatik sinfinə aid soyuducular +18 °С dan +38°С kimi temperaturlarda işləmə qabiliyyətinə malikdirlər.

T-tropik klimatik sinfinə aid soyuducular +18°С dan +43°С kimi temperaturlarda işləmə qabiliyyətinə malikdirlər.

Əvvəlki məqaləOrqanizmi D vitamini ilə təmin edən QİDALAR
Növbəti məqalədəİdman sonsuzluğu müalicə edir