sağlamlıq

İlk qadın bezləri 1970-ci illərdə yaranıb, amma onlar yaranana qədər qadınların öz fiziologiyasının gigiyenasının qayğısına necə qaldığı barədə hətta düşünmək belə istəmirsən. Bezlər yaranana qədər qadınlar bu məsələdə xeyli əziyyətlər çəkməli olub.

Bu gün gigiyenik bezlərin istifadəsi kifayət qədər sadədir. Lakin qadınların əksəriyyətinə məlum olan müəyyən məqamlar hələ də var!

как пользоваться прокладками фото

Gündəlik bezləri hər gün istifadə etmək olmaz!

как пользоваться прокладками с крылышками

Bu halda gündəlik bezlər o demək deyil ki, onları hər gün istifadə etmək olar. Əslində gündəlik bezləri heç bir halda hər gün tətbiq etmək olmaz. Bədən nəfəs almalıdır, bezlərdən daim istifadə intim zonalarda patogen mikrofloranı inkişaf etdirir.

Gündəlik bezlərdən yalnız aralıq günlərdə, menstruasiyadan əvvəl və ondan sonra istifadə etmək lazımdır.

Bilmək vacibdir!

Hər 2-3 saatdan az olmayaraq gündəlik bezləri dəyişmək lazımdır. Əgər bunu etməsək, uşaqlıq yoluna infeksiya düşə, vaqinit və digər xoşagəlməz xəstəliklər yarana bilər. Bunlar isə özlüyündə sonsuzluğa gətirib çıxara bilər.

Düzgün qalınlıqda bezlər seçin

Bezlərdəki yastıqcıqlar vaginada qalıcı olduğu zaman rütubətli isti mühitin yaranmasına təsir edir, bu isə xəstəlik törədən mikrobların və ginekoloji xəstəliklərin inkişafına şərait yaradır. Ona görə gigiyena ilə bərabər gigiyenik vasitələri çox diqqətlə seçmək lazımdır.

 

как пользоваться прокладками и тампонами

Maksimum damcılı gündəlik və ya gecə bezlərini isə menstruasiyanın lap əvvəlində istifadə etmək öz sağlamlığına qarşı cinayət deməkdir.

Əgər bezlər sızırsa, onda onları alt paltarına necə bərkitdiyinizə diqqət edin. Bir çox qadınlar bildirirlər ki, qanadlı bezlər onlara bu problemdən yaxa qurtarmağa kömək edib. Belə ki, uzun tərəfini alt paltarın aşağı hissəsinə möhkəmlətməklə xoşagəlməz vəziyyətlərdən yaxa qurtardılar.

Ətirli bezlər almayın!

как пользоваться прокладками фото

Müxtəlif ətirli bezlər allergiya və qıcıqlanma doğura bilər. Odur ki, əsas üstünlüyü bakteriyalar üçün qidalandırıcı mühit yaratmayan ətirsiz və “nəfəs alan” bezlərə vermək lazımdır. Onsuz da onları 2-3 saatdan bir dəyişmək lazımdır.

Səhhətinizin qeydinə qalın!

Əgər cinsi orqanlarda şiş, genital bölgədə qaşınma, qızartı, işəmədə yanğı və ya intim əlaqə zamanı ağrılar hiss edirsinizsə, onda mütləq həkimə müraciət edin. Bilin ki, bütün bu simptomlar təkcə infeksiya deyil, həm də gigiyenik vasitələr nəticəsində yaranmış allergik reaksiyalar ola bilər.

как использовать прокладки

Xüsusən də əgər qadının qanaxması olubsa, aybaşı zamanı qanın miqdarını da bilmək əhəmiyyətlidir. Bunu necə izləmək olar? Bunu çox az adam bilir, amma qadın sağlamlığı üçün tam təhlükəsiz olan, inqilabi gigiyenik vasitə sayılan aybaşı kasası var.

Bu mürəkkəb mexanizmi istifadədə çox rahatdır, eyni zamanda gün ərzində nə qədər qan axdığını və uşaqlıq yolunun qanaxması riskinin qarşısını almağa kömək edir.

Əvvəlki məqaləAğıllı qadınlardan 10 VACİB TÖVSİYƏ
Növbəti məqalədəQadınlar ayaq tüklərindən niyə qurtulmaq istədilər? – Sən demə, II Dünya müharibəsində…