Qalın və sağlam saçlar qadının yaraşığıdır. Lakin müəyyən yaşdan sonra tük follikulları zəiflədiyindən saçlar seyrəlməyə başlayır. Bu, əslində normal haldır.

Ancaq bəzi qadınların saçları əvvəldən seyrək olur. Digərlərinki isə tökülərək, seyrəkləşir. Saçlarınızın gurlaşmasını istəyirsinizsə, ev şəraitində seyrək saçlar üçün maskalar hazırlayıb tətbiq edin.

Seyrək saçlar üçün maskalar

Alma sirkəsi ilə seyrək saçlar üçün maskalar

Sirkə saçların tökülməsinə qarşı mükəmməl vasitədir. Bu məhsul eyni zamanda tük köklərində qan dövranının artması üçün qıcıqlandırıcı təsir göstərir.

2 çay qaş. sirkəni su ilə azca durulaşdırıb, başınızın dərisinə masaj hərəkətlərilə sürtün. 10 dəqiqə sonra ilıq su ilə saçlarınızı yaxalayın.

Kök və kokos südündən maskalar

Kök suyu və kokos südünü eyni nisbətdə qarışdırıb saçınıza çəkin.Ərzaqların miqdarı saçın uzunluğuna nəzərən gözəyarı götürülür. Maskadan sonra saçlar sağlam və güclü olur.

Çuğundurla maskalar

2 çuğunduru 10 dəqiqə qaynadın. Suyunu soyudub, saçınızın dibinə çəkin. Proseduru həftədə 2 və ya 3 dəfə təkrarlayın.

Soğan, sarımsaq və limondan saç üçün maskalar

Təzə sıxılmış soğan və ya sarımsaq suyunu baş dərinizə sürtün. 20 dəqiqə gözləyib yuyun. Saçınızdan xoşagəlməz iyin gəlməməsi üçün başınızı limon suyu qatılmış su ilə yaxşıca yaxalayın.

Aloe vera ilə saç maskası

Bu bitkinin yarpağından alınan geli (ləti) bir kasa suda həll edin. Qarışığı saçınıza masaj edərək çəkin. 10 dəqiqədən sonra ilıq su ilə təmizləyin.

Seyrək saç üçün növbəti maska

5-6 diş sarımsağı əzib, üzərinə 2 çay.qaş. bal və 1 stəkan zeytun yağı əlavə edin. Qarışığı saçınıza çəkin. Saç diblərini masaj etməyi unutmayın. 1 saat saxladıqdan sonra yuyun. Maskanı həftədə 2 dəfə təkrarlayın.

Seyrək saçlar üçün gicitkanlı maskalar

Saç qalınlaşması üçün maskaların tərkibində əksər hallarda gicitkana rast gəlinir. Saçların gurlaşmasında bu bitki mühüm rol oynayır.

Suyu yaxşıca qaynadıb, içinə gözəyarı gicitkan otu atın. 10 dəqiqə müddətində çay kimi dəmləyin. Sonra süzüb soyudun. Həmin məhlulla saçlarızı isladıb, 1 saat gözləyin. Vaxt tamam olduqda ilıq su ilə yuyunun.

Sarımsaqla seyrək saçlar üçün maskalar

3 diş sarımsağı soyub, yaxşıca əzin. Tüklərinizin diblinə sürtün. 1 saat saxlayıb, yaxşıca yuyun.

Seyrək saçlar üçün mixəkli maskalar

1 ovuc mixəyi bir miqdar suda qaynadıb, süzün. Alınan məhlulu saçlarınıza sürtün. 1 saat gözləyib yuyun.

Seyrək saçlar üçün yumurtalı maskalar     

Yumurtanı çırpıb, saçınıza sürtün. 15-20 dəqiqə keçdikdə yuyun. Maskanı həftədə 2 dəfə təkrarlayın.

Badam yağı ilə seyrək saçlara maskalar

6 xör.qaş. badam yağını saçınızın dibinə və uclarına çəkin. 1 saat saxlayın. Saçınızı şampunla yaxşıca yuyun.

Terebentin yağı ilə seyrək saçlar üçün maskalar

Terebentin yağı şam ağacından süzülən şirədən əldə edilir. Tük köklərini qidalandırır, seyrək saçları gurlaşdırır.

1 stəkan şampuna 20-25 damla terebentin yağı əlavə edin. Saçınızı hər dəfə bu şampunla yuyun. Terebentin yağını birbaşa saçlara və baş dərisinə sürtmək qadağandır.

 

 

 

Əvvəlki məqaləYatağımızdakı qatil – onu necə tanıyaq?
Növbəti məqalədəAilə xoşbəxtliyi üçün prinsiplər