Təbii antibakterial olan zərdəçaldan (sarıkök) həm civzələrin yox edilməsi, həm də dərinizin parlaq və sağlam saxlanılması üçün istifadə edə bilərsiniz.

Sarıkök maskası üçün lazım olan məhsullar:

– Orqanik (təbii) alma sirkəsi

– 1/2 çay qaşığı zərdəçal tozu

– 1 yemək qaşığı təbii bal

– Süd

– Pambıq

Tətbiq qaydası:

– Alma sirkəsini pambığa tökün və dərinizə çəkin. Maskanı çəkməmişdən əvvəl 5 dəqiqə gözləyin.

– Zərdəçal(sarıkök) tozunu balla qarışdırın. Gözlərinizə təmas etməməsinə diqqət edərək maskanı üzünüzə çəkin.

– 15-20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Əgər zərdəçal tozu dərinizdə sarımtıl iz qoyubsa, bunu südlü pambıqla təmizləyə bilərsiniz. Maskanı həftədə 2 dəfə tətbiq edin.

Sağlam və parlaq dəri üçün sarıkök maskası

Saglamolun.Az

Əvvəlki məqaləCift nədir? Quruluş, funksiyalar, pozulmalar
Növbəti məqalədəYuxusuzluqdan xilas olmaq üçün çaylar