gözəllik

Heç kimə sirr deyil ki, gözəllik birbaşa yediyimiz qidalardan asılıdır.

Güzgüyə baxanda kimi görürsən? Solğun bənizli, yorulmuş və əldən düşmüş qadını? Onda bu məhsulların təcili rasiona daxil edilməsi lazımdır.

Yaşıl rəngli tərəvəz

Əgər dəri rənginin sağlam olmasını istəyirsənsə, tərkibində çoxlu A vitamini olan brokkoli və ispanaq yeyin. Onlar hüceyrələrə imkan verir ki, regenerasiya prosesi daha tez baş versin. Bu bitkiləri həm pendirlə, həm az qaynadılmış, həm də dondurulmuş şəkildə yemək olar.

Sitrus bitkiləri

Qadınların qida rasionununda limon, portağal, naringi kimi sitrus bitkiləri üstünlük təşkil etməlidir. Onların tərkibində olan yüksək antioksidantlar və C vitamini dərinin mühafizəedici xassələrini yaxşılaşdırır, onu daha sağlam təsir bağışlayır.

Sitrus meyvələri öz faydalı xassələri nəticəsində kollagen sayının lazımi səviyyədə olmasına kömək edir, bununla da dərinin təravətini itirməsinin və qırışların yaranma prosesinin qarşısını alır.

Balıq

Siyənək, tunes, qızıl balıq, molyusklar və digər balıq növləri qadın orqanizmi üçün faydalı olan Omeqa 3 yağ turşuları ehtiva edir. Omeqa 3 yağları onun üçündür ki, dərini daxildən qidalandırsın və parlaq etsin. Bu, o demək deyil ki, hər gün balıq yemək lazımdır, faydalı təsirindən yararlamaq üçün heç olmasa həftədə iki dəfə kifayətdir.

Avokado

Əvvəllər mağazalarda görəndə yanından laqeyd ötdüyünüz bu meyvəni rasiona əlavə etməyə dəyər. Məsələ ondadır ki, onun tərkibi E vitamini ilə zəngindir. E vitamini və digər faydalı qida maddələri dərini dərindən nəmləndirir. Mütəxəssislər bildirirlər ki, avokadodan tez-tez istifadəsi imkan verir ki, qırışların və dəri sallanmasının yaranmasının qarşısını alsın.

Əvvəlki məqaləQuru, qırılan saçlar üçün maska
Növbəti məqalədəSevsəydi Ayrılardı?