gözəllik

Bəzi çox sadə tövsiyələrə əməl etməklə saçların vəziyyətini xeyli yaxşılaşdırmaq mümkündür.

1. Saçlarınızı yatmazdan qabaq darayın və hörün. Bu saçların dolaşması və qırılmasına mane olacaq.

2. Həftədə 1 dəfə daraqları sabunlu suda yuyun və yaxşı qurudun.

3. Saç maskalarından tez-tez istifadə etməyin – həftədə 1-2 dəfə kifayətdir.

4. Əgər şampun saçınıza uyğun gəlirsə, kəpək, qaşınma, saçların tökülməsi yoxdursa, şampunu tez-tez dəyişməyin. Şampunu tez-tez dəyişmək saçlar üçün ziyanlıdır. Bəzi mütəxəssislər hətta bunu 5 ildən bir etməyi tövsiyə edirlər.

5. Şampun saçlarınıza uyğun seçilməlidir. Yağlı saçlar üçün şampun quru saçları xarab edəcək və əksinə. Uşaq şampunlardan istifadə etməyin.

6. Saçlarınızı çirkləndikcə yuyun. Bu həftədə 1 dəfə və ya hər gün ola bilər. Saçların uzun müddət çirkli qalması onların sağlamlığına çox pis təsir edir, tökülməyə səbəb olur. Müasir şampunlar saçları hər gün yumaq üçün uyğun gəlir.

7. Saçlarınızı ilıq su ilə yuyun. Qaynar su ilə yuyanda saçlar daha tez çirklənir.

8. Saçlarınızı mümkün qədər təbii şəkildə qurudun. Fenlə qurudanda ilıq havadan istifadə edin və feni məsafədə saxlayın.

9. Saçları yuyandan dərhal sonra daramayın. Əvvəl bir qədər qurudun və yalnız sonra darayın.

10. Kifayət qədər su için. Bu o cümlədən saçların sağlamlığı və xarici görünüşü üçün də çox vacibdir.

11. Stresdən uzaq olun! Xroniki stress və yorğunluq saçları cansız və zəif edir.

 

Əvvəlki məqaləGinekoloqların qadınlara demədiyi 6 FAKT
Növbəti məqalədəBürclər arasında ən yaxşı ailə başçısı