saçlara qulluq

Tanınmış trixoloq Olqa Koxas “Sputnik” radiosuna verdiyi müsahibədə saç ağarması ilə mübarizə yolunu açıqlayıb. Onun sözlərinə görə, ağ saçları qoparmaq effektsiz üsuldur.

Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert stressin saç ağarmasına ciddi təsir etdiyini xüsusi qeyd edib:

“Əgər saçların ağarma prosesi başlayıbsa, o tədricən və ya stressli olduğunuz zaman daha da güclənəcək. Stress damarların spazmasına təsir göstərir və bu, qan dövranının pozulmasına səbəb olur. Nəticədə hüceyrələr düzgün fəaliyyətini dayandırır. Vizual effekt üçün saç boyası ilə ağ saçlardan qurtula bilərsiniz. Bununla birlikdə, ağarma prosesini dayandırmaq və ya yavaşlatmaq üçün mis tərkibli saçuzadan lasyonlardan istifadə etməyi məsləhət görürəm. Mis piqment ifrazında hüceyrələrin işinə müsbət təsir edir”.

Əvvəlki məqaləSaçları mineral su ilə yaxalamağın faydaları
Növbəti məqalədəYayın yeni geyim kolleksiyaları – FOTO