Sənin dəri növün hansıdır ?

  • Normal dəri adətən hamar və elastik olur. Bu növ dəriyə quru sahələr və yığılma hissi xas deyil. O, demək olar ki, mükəmməldir. İdeal qalınlıq səviyyəsi normal dərini hamar və elastik edir. O, xüsusi diqqət tələb etmir və yaxşı qan dövranına malikdir. Lakin hətta normal dəri sağlam görünüşün dəstəklənməsi üçün nəmlənmə və müdafiəyə ehtiyac duyur. Normal dərini qidalandırmaq və onun yumşaqlıq və işıq saçmasını qorumaq üçün yüngül nəmləndirici losyon kifayətdir.
  • Quru dərinin tələbatlarına uyğun nəmləndirici qulluğa ehtiyacı var; əks halda o quruyacaq və bu, qabıqlanma və qaşınmaya səbəb olacaq. Quru dəri növündə xüsusən baldır və dizlər zəif olur.
  • Sənin dərin tez-tez qıcıqlanır, dərinin yığılması və quruluğu hissləri sənə yaxşı tanışdır? Bu o deməkdir ki, sənin dərin çox qurudur. O, təbii müdafiə səddini bərpa edəcək xüsusi qulluğa ehtiyac duyur.
  • Həssas dərini, onunla yalnış davranmaya cavab olaraq yarana biləcək qızarmalara görə tanımaq olar. Bu halda neytral pH dərəcəli yumşaq qulluq vasitəsindən istifadə etmək lazımdır.

Sənin dəri növün hansıdır ?

NORMAL DƏRİ: YUMŞAQ QULLUQ BALANSI QORUMAĞA İMKAN VERİR

Normal dəri üçün balanslaşdırılmış nəm dərəcəsi xasdır. Bu növ dəri üçün yumşaq krem və ya losyondan istifadə ilə sadə gündəlik qulluq yetərlidir – dəri sağlam və işıq saçan görünəcək.

 

Mənbə: www.nivea.az

Əvvəlki məqaləBu səhvləri etməyin – dəridə problemlər yaradır
Növbəti məqalədəDəri quruluğu və dəriyə qulluq