qadınQız uşaqlarında vaginal axıntı normalırmı?
Vaginal axıntı hər yaş qrupunda qız uşağında görülə bilən, sıx rast gəlinilən bir vəziyyətdir.
Ümumiyyətlə, ailələr bu vəziyyətə adətən əhəmiyyət vermirlər və başqa bir səbəblə həkimə getdiklərində bu şikayətlərini dilə gətirirlər. AzadQadın.az qızlarda vaginal axıntının səbəbini izah edir…
Vajinal axıntı, bəzi uşaqlarda heç bir əlamətlə görünməz, bəzi uşaqlarda isə ağ, qəhvəyi, sarı və ya yaşıl rəngdə görünər, ayrıca qanlı və pis qoxulu da ola bilər. Axıntı, vaginada və ya vulvoda (qadın xarici genital orqanında) görünə bilər. Həm vagina, həm vulvoda görünən axıntılar vulvovaginit adlandırılır.
Vaginanın anatomik olaraq anal bölgəyə yaxın olması, bu yaş qrupunda estrogen fəaliyyətinin məhrumluğundan ötəri vaginanın mukozasındaki incəlik, mukozanın quruluşu, xarici genital orqanların qorunmasını təmin edən yağ yastıkçıklarının olmaması vulvovaginitə səbəb ola bilər. Bundan başqa, nəcis ifrazından sonra anal bölgənin yaxşı təmizlənməməsi və mikroblu əllərlə vulvoya (qadın xarici genital orqanına) toxunulması, vaginada olan xarici cisimlər (sıxlıqla tualet kağızı), köklük və mastürbasiya da vulvovaginitə səbəb ola bilir. Son illərdə kimyəvi tərkibli duş köpükləri və sabunları ilə kimyəvi qarlşılıqlı təsirlə də vulvovaginit inkişaf edə bilir.
Vulvovaginit riskini artıran bəzi vəziyyətlər:
Şəkər xəstəliyi,
İmmunitet sisteminin zəifləməsi,
Seksual istismara uğrama
Vulvovaginitin səbəbi bakteriya, göbələk və ya parazit ola bilər.
Vulvovaginit, axıntı ilə bərabər, genital bölgədə qaşıntıya, sıx sidiyə getmə və sidik qaçırmağa da səbəb ola bilir.
Müalicədə əsas, səbəbin müəyyən olunmasıdır. Səbəbə görə müalicə təyin edilir. Gigiyenaya diqqət yetirilməli, möhkəm geyimlər yerinə (blucin, tayt) kimi rahatlıqla geyinilə bilinəcək pambıq geyimlər seçilməlidir. Nəticədə uşaqlarda vulvovaginitdən qorunmada ən əhəmiyyətli qaydanın tualetə getmədən əvvəl əllərin yaxşıca yuyulması olduğu da yadda saxlanılmalıdır.
Qız anaları bu mövzuda bir qədər həssas olmanızı tövsiyyə edirik!

Əvvəlki məqaləSağlam münasibətin əlamətləri
Növbəti məqalədəUşaqlıqdaxili spiralin qadın orqanizminə ziyanları