Gənc-yaşlı, qadın-kişi  fərq  etməz,  hər  kəs həyatında ən az bir dəfə qısqanar. Birlikdə olduğunuz  adamın başqasına maraq göstərməsi, şübhəli davranışlar, xəyanət. Qısqanclıq həm qısqananın, həm də qısqanılanın həyatını zəhərləyə bilər. Qısqanclıq  həddini aşdıqda  təsirləri ağırlaşar. Bu da özü və ya həyat  yoldaşı  qısqanc  olanların etməsi  lazım olanlar.

Qısqanclıqla mübarizə aparmağın yolları
Qısqanclıq  hər kəsə tanış olan bir  duyğudur. Arabir  edilən qısqanclıq əlaqənin  canlı qalmasını təmin edə bilər. Ancaq bu qısqanclıq narahat etdikdə bə həddini aşdıqda zərər verici ola bilər. Qısqanclığın təsirlərini yüngülləşdirmək üçün bəzi üsullar var.
Qısqanclığın təsirlərini azaltmaq səbir və səy tələb edir. Hər kəsin qısqanclıq səbəbləri və hissləri fərqlidir. Qısqanclıq mövcud olan eşqə və əlaqəyə,  onun  keyfiyyətinə  istiqamətlənmiş  bir reaksiyadır. Qibtə və həsəddən fərqli olaraq qısqanclıqda həmişə  itirmə qorxusu vardır. Qısqanan insan bir çox duyğunu eyni anda yaşar, ağlından min cür  düşüncə  keçər, bir çox fərqli davranış formaları  nümayış  etdirər.

Duyğular:  Əsəbilik, kin, kədər, həsəd, alçaldılma.
Düşüncələr: İncimə, günahlandırma, özünü rəqiblə müqayisə etmə, imicin sarsılmasından qorxma, özünə  yazığı  gəlmək.
Davranışlar: Özünü əldən düşmüş hiss etmək, titrəmək və tərləmək, davamlı sual  vermək və qarşındakından davamlı zəmanət istəmək, təcavüzkar davranışlar, hətta şiddət.
Qısqanclıqla mübarizə aparmağın yolları Qısqanclıqla mübarizə aparmağın yolları
Çıxış yolu  nədir?
Cütlüklərə  bəzən həyatı dar edən, ayrılmalarına belə gətirib çıxaran qısqanclıq duyğusuyla  mübarizə  aparmaq  əslində heç də asan deyildir. Uzun vaxt və əmək istəyən bir mübarizə ola bilər. Əgər qısqanclığınızın uşaqlığınızda yaşadıqlarınızdan qaynaqlandığını düşünürsünüzsə, psixoloqa  müraciət  etmənizdə  fayda  var.
Uşaqlığınızla əlaqədar olaraq münasibətlər qura bilmirsinizsə, o zaman bu məqamları nəzərdən keçirməniz faydalı ola bilər. Qısqanclığınızın həqiqi olub-olmadığını nəzərdən keçirin. Onu niyə qısqandığınızı düşünün. Sizin rəftarınız əlaqənizin  pisləşməsinə səbəb  olurmu? Qısqanclıq əlamətləri hiss etdiyiniz zaman tərəf-müqabilinizin sizi sevdiyini, sizə bağlı olduğunu və sizə hörmət etdiyini xatırlayın. Sevilməyə layiq, xoş bir insan olduğunuzu və tərs gedən bir şeylərin olmadığını öz-özünüzə söyləyin.
Həyat yoldaşınız sizə göz açmağa imkan vermirsə.

Hadisəyə  fərqli  tərəfdən  yanaşın. Qısqanclığın eşqin əlaməti olduğunu xatırlayın. Dərhal özünümüdafiyəyə  keçməkdənsə, onu anlamağa çalışın.

Öz  davranışlarınızı  nəzərdən  keçirin. Müəyyən davranışlarınızın tərəf-müqabilinizin sizi qısqanmasına səbəb olduğunu bilirsinizsə, bu davranışlarınızı  dəyişdirməyə  çalışın.
Verdiyiniz  sözlərə  əməl  edin, əməl edə bilməyəcəyiniz  sözləri  isə verməyin.

Onun etibarını inkişaf etdirin. Onu nə qədər sevdiyinizi söyləmək üçün hər fürsəti qiymətləndirin. Onu niyə sevdiyinizi izah edin. Kompliment deyin, gələcək  xəyallarınızı  bölüşün.Əgər  yenə nəticə ala  bilmirsinizsə, birlikdə mütəxəssis  psixoloqla  məsləhətləşə  bilərsiniz.

Əvvəlki məqaləYuxumuzdakı rənglər nəyi ifadə edir?
Növbəti məqalədə15 dəqiqədə dərini ağardan süd maskası