düzgün qidalanma

 

Türkiyəli diyetoloq Seçil Kenarın  istədiyi çəkiyə çatmamış xanımlar və bəylər üçün həm sağlam, həm də qısa müddətdə arıqladan pəhriz reseptini təqdim edir:

Seçil Kenar hesab edir ki, 3-4 kq. arıqlamaq üçün ağır pəhrizlər saxlamaqdan çəkinmək lazımdır. Onun sözlərinə görə, gündə 3 dəfə və vaxtında yemək sağlamlığın və gözəl bədən quruluşunun birinci şərtidir.

Eyni zamanda yeməklərdə bol-bol pörtdədilmiş və ya buğda bişirilmiş tərəvəz istehlak etməlisiniz.

Gündə 2 litr su için.

Gündə 1 stəkan mineral su, 2 stəkan yaşıl çay için.

Pəhrizdə meyvə porsiyalarını artırıb, yağlı-şəkərli qidaları azaldın.

Menyuda toxluq hissi verən lifli qidalara üstünlük verin.

Hazır meyvə suyu içməyin!

Səhər

1 kasa qatıq

6 ədəd çiyələk

2 ədəd qoz

1 dilim ananas

Qəlyanaltı

3 ədəd təzə ərik

Günorta

1 kasa tərəvəz şorbası

1 kasa qatıq

Saat 2-4 arası

1 dilim qarpız + 1 dilim pendir

2-3 ədəd kəpəkli biskvit

Axşamüstü

1 boşqab pörtdədilmiş və ya buğda bişirilmiş tərəvəz

1 kasa qatıq

Gecə

1 ədəd alma

6 ədəd çiy badam

Əvvəlki məqaləUşaqlar üçün aptekçə
Növbəti məqalədəAc qalmadan, idman etmədən, gündə 1 kq arıqladan çox sadə Yapon pəhrizi