gözəllik

Hava şəraitindən asılı olmayaraq dərimizin sağlamlıq saçmasını, təbii rənginin qorumasını və təravətli görünüşünü istəyirik.

Bütün bunları dərimizə ilin hər fəslinə uyğun olaraq edəcəyimiz balanslaşdırılmış qulluqla əldə edə bilərik.

Qış fəslində üzə qulluq

Qış, yaz, yay və payız aylarında ev şəraitində ÜZƏ QULLUQ

Qış aylarının mənfi təsiri: sərt külək, isti ev temperaturu dərimizin sağlam görünüşünə çox mənfi təsir edir.

Bu fəsildə dərimizin ən böyük düşməni temperatur dəyişikliyidir: külək, quru hava, vitamin çatışmazlığı. Buna görə dərimizin qış qulluq vasitələri vitaminlərlə zəngin və yağlı strukturlu olmalıdır ki, dərimizi sərt hava şəraitindən qorusun.

Qış fəsilində əsas qulluq qaydaları

Vitamin A (dərinin cavanlığına və nəmliyinə təsir edir), vitamin C ilə zəngin kremlərdən istifadə olunmalıdır (damar divarını bərkidir və dərinin müqavimətini artırır).

Dərimizi qurutmayacaq, qabıqlandırmayacaq yuyucu vasitələrdən istifadə etmək lazımdır.

Təmizləyici vasitəmizdən ehtiyatlı istifadə etməliyik. Həftədə 1 dəfədən artıq olmamaqla dərin təmizləmə olunmalıdır. Qoruyucu və soyuq əleyhinə vasitələrdən istifadə etmək daha məqsədə uyğundur.

Soyuq havaya çıxmazdan 1 saat öncə qəti şəkildə üzümüzü yumaq və su tərkibli kosmetik vasitələrdən istifadə etmək olmaz.

İsti ev temperaturu, havanın quruluğu, dərimizin nəmliyinin azalmasına, qurumasına və qabıqlanmasına səbəb olur. Buna görə ev havasını nəmləndirmək, dərimizə gialuron tərkibli vasitələrdən istifadə etmək lazımdır.

Məsələni tək xaricdən yox, həm də daxildən düzəltmək lazımdır: suyu çox içmək, kompleks vitaminlər qəbul etmək və rasionu zənginləşdirmək.

Qış maskaları

Az miqdarda olsa belə yağ tərkibli olmalıdır ki, qabıqlanmanın, quruluğun və nəmliyin azalmasının qarşısını alsın.

Qış fəslində vitamin A ilə zəngin olan banan maskası, jelatin, limon (vitamin C ilə zəngindir), dərinizi tonlaşdırmaq üçün yerkökü, sakitləşdirici çobanyastığı maskalarını istifadə etmək lazımdır.

1. Banan maskası (hər dəri tipinə uyğun)

İngredientlər: banan ¼, 1 c.q. istifadə etdiyiniz qidalandırıcı krem, 3 damcı limon suyu, 3 damcı zeytun yağı. 20 dəqiqə qalmalıdır.

2. Kəsmikli maska (hər dəri tipinə uyğun)

İngredientlər: 2 ç.q. yağsız kəsmik, 1 ç.q. tünd çay, 1 ç.q. üzüm tumu yağı. 20 dəqiqə qalmalıdır.

3. Yumurtanın ağı ilə olan maska (yağlı dəri üçün)

İngredientlər: 1 yumurtanın ağı, 1 ç.q. limon suyu yarım limonun qabığı, 2.ç.q.kəpək.

4. Bitki tərkibli maska (quru dəri üçün)

İngredientlər: 1 ç.q. çobanyastığı, 1 ç.q. bağayarpağı, 1 ç.q. nanə, kartof nişastası, 1 ç.q. su.

Bitkiləri qarışdırıb dəmlənir və qaynar tərkibə nişasta əlavə olunur. Maska nəmləndirir və dartılma hissini aradan qaldırır.

5. Tonlaşdırıcı çobanyastığı maskası

İngredientlər: 1 yumurtanın sarısı, 1 ç.q. çobanyastığı ekstraktı. Bu cür maska dərinizi qış fəsilində quruluqdan, qabıqlanmada və rənginin solğunlaşmasından qoruyur. 20 dəqiqə qalmalıdır.

Yaz fəsilində üzə qulluq

Qış, yaz, yay və payız aylarında ev şəraitində ÜZƏ QULLUQ

Yaz heç də sadə fəsil deyil, hərçənd qış artıq keçib. Lakin dəriniz hələ də yorğun və solğundur.

Sizi avitaminoz, qabıqlanma və qırmızı ləkələr izləyir və buna görə də yaz fəsilində liftinq effektli və antioksidant tərkibli vasitələrdən istifadə etmək lazımdır.

Yaz fəsilində əsas qulluq

Bu fəsildə pilinq və skrablardan imtina etmək lazımdır, çünki aktiv günəşli havalar və hiperləkələnmə dövrüdür.

Ev şəraitində həftədə 1 dəfə səhər-axşam etdiyimiz skrablar məqsədə uyğundur.

Yazda dəri quruya bilər, buna görə də mütləq su qəbulunu artırmaq və dəriyə xaricdən gialuron turşusu tərkibli maska və zərdablardan istifadə etmək lazımdır.

Dərini hər şeylə vitaminləşdirmək lazım deyil. Bəzən vitamin çoxluğu və azlığı eyni simptomlarla büruzə verə bilər. Bu səbəbdən əgər hər hansı tərəddüd yaranarsa həkimə müraciət edin.

Yaz maskaları

1. Yulaf maskası (kobud dəri üçün)

İngredientlər: 3-4 y.q. yulaf, qaynar süd və ya qaymaq.  15-20 dəqiqə.

2. Kəsmikli maska

İngredientlər: 2 y.q. kəsmik, 2 y.q. yerkökü suyu, 2 y.q. zeytun yağı, 2 y.q. süd.  15 dəqiqə.

3. Bal maskası

İngredientlər: 2 y.q. bal,1 y.q. yulaf, 2 ç.q. süd. 15-20 dəqiqə.

4. Meyvə-tərəvəz maskası: hər hansı meyvə və ya tərəvəz (yerkökü, alma, çiyələk, apelsin və ya limon yumurtanın ağı ilə qarışdırılır). 20-25 dəqiqə.

5. Maya maskası

İngredientlər: 50 qr maya, qaynanmış su və ya hidrogen peroksidi (perekis).

Yay fəsilində üzə qulluq

Qış, yaz, yay və payız aylarında ev şəraitində ÜZƏ QULLUQ

Yay dəri üçün ən gözəl və komfortlu fəsildir. Dəri aktiv tər ifrazı sayəsində hətta isti havada belə qurumur cavan və sağlam görünür.

Təəccüblü deyil, çünki məhz yayda orqanizm vitamin və faydalı qida məddələri ilə daha çox zəngin olur. Lakin bu rahatlamaq üçün səbəb deyil. Belə ki, hətta günəş və su belə dərinizə zərər verə bilər. Ultrabənövşəyi şüalar və dəniz duzu dərinizi qurudub ləkələndirə bilər.

Sizin ən əsas köməkçi vasitəniz günəş şüalarında qoruyucu kremlər və maskalardır. Yay aylarında müxtəlif bitki tərkibli buzlarda çox effektlidir. Piy ifrazı aktivliyinin qarşısını alır, soyudur, nəmləndirir.

Yayda əsas qulluq

Aktiv günəş dövründə (minimum oktyabra qədər) qəti şəkildə mikrodermabraziya, ağardıcı prosedurlar, pilinq etmək olmaz. Bunlar ciddi günəş yanmasına səbəb ola bilər. Səthi pilinqi belə dənizə getməzdən 3 həftə öncə etmək lazımdır.

Başqa fəsillərdən fərqli olaraq yay aylarında tər ifrazı daha aktiv şəkildə olur, buna görə dəri daha yaxşı nəmlənir.

Üz yumadan sonra mütləq tonikdən, yüngül komedogen olmayan gel strukturlu kremlərdən istifadə etmək lazımdır.

Spirt tərkibli kosmetik vasitələrdən istifadə etmək olmaz. Bu vasitələrin istifadəsi dərinin qurumasına, piy vəzilərinin dekompensasiyasına gətirib çıxara bilər. Nəticədə dərinin lipid baryerini qorumaq məqsədi ilə, piy ifrazı daha çox aktivləşəcək. İsti havada dərini nəmləndirmək və tonlaşdırmaq üçün ən yaxşı vasitə termal sudur.

Ən önəmlisi dərinizi daxildən nəmləndirməkdir. Bu məqsədlə bitki suları, bitki çayı, ilıq ballı su (1 st su, 1 ç.q. bal) içmək lazımdır.

Tərkibi vitamin A, C, E ilə zəngin qidaları rasiona əlavə etmək lazımdır. Bunlar: yumurta, yer kökü, günəbaxan, zeytun yağı, kələm, badam, çiy və ya az buxarlanmış yaşıl tərəvəzlər.

Tütün və alkoqolu azaltmaq lazımdır, isti su ilə üzü yumaq və çimmək dərini daha çox qurudur.

Yay maskaları

1. Çiyələk maskası (hər tip dəri üçün)

İngredientlər: 2 y.q. çiyələk pürəsi, 2 y.q. yulaf. Maska nəmləndirir və qidalandırır.( 25-30 dəqiqə)

2. Alma maskası (quru dəri üçün)

Çəkilmiş alma pürəsi. Nəmləndirir və qidalandırır. 20 dəqiqə.

3. Tomat maskası (yağlı dəri üçün)

1 tomat pürəsi, 2 y.q. yulaf. Qidalandırır və yağlı dərini qurudur. 20 dəqiqə.

4. Sitrus maskası

1 ç.q. limon suyu, 1 y.q. kəsmik. Qidalandırır və ağardır. 10-12 dəqiqə

5. Maya maskası (hər dəri tipin uyğun)

10-15 qr maya, su. Qidalandırır və tonlaşdırır. 10-15dəqiqə

Payızda üzə qulluq

Qış, yaz, yay və payız aylarında ev şəraitində ÜZƏ QULLUQ

Yaydan sonra sizin dəriniz güclüdür, parlaqdır, sağlam gözəllik saçır. Bu cür dərini uzun müddət qorumaq istəyirsinizsə qabıqlandırıcı və soyulan maskalardan istifadə etməyin.

Bəzən gur günəş şüaları, dəniz küləyi və suyu dərinizi quruda bilər. Bu zaman kollagen, turş giləmeyvə və yosun tərkibli kremlərdən istifadə etmək lazımdır.

Payızda daha çox üstünlük qidalandırma, nəmləndirmə və tonlaşdırılmaya verilməlidir. Bu cur qulluq dərinizi çətin qış ayına hazırlayacaq. Bərpaedici və qoruyucu kosmetika qeyri-sabit havadan qorunmaq üçün ən yaxşı vasitədir.

Kremlərin tərkibi daha yağlı və qatı olur. Lakin ehtiyatlı olmaq lazımdır ki, bu cür kremlər dərinin lazımi qədər oksigen qəbulunun qarşısını alır, komedonların və piy tıxaclarının yaranmasına səbəb yaradır.

Maskalar payız fəslinin önəmli hissəsidir. Qidalandırma və vitaminləşdirmə maskaların əsas məqsədidir.

Payız maskaları

1. Yerkökü maskası ( quru dəri üçün). 15 dəqiqə

2 ədəd yerkökü, 1yumurtanın sarısı, 2 yemək qaşığı nişasta. Bu maska mükəmməl qidalandırma və təravətləndirməkdən əlavə yay qaralmanızı qoruyur.

2. Balqabaq maskası (yetkin dəri üçün). 30 dəqiqə.

3 y.q. balqabaq pürəsi, 1 alma, 1 ç.q. zeytun yağı, 1 ç.q. yumurtanın ağı.

Hər fəsilin ən əsas qaydası: edilən qulluq mütəmadi olmalıdır, yalnız belə olduqda gözlə görülə biləcək və arzulanan nəticəni əldə etmək olar. Ara-sıra edilən qulluq dərinizə fayda verməyəcək. Yalnız kosmetik vasitə ilə istənilən nəticə alınmayacaq. Kompleks şəkildə müalicə dedikdə, tək kosmetik vasitə nəzərdə tutulmur, bura düzgün qidalanma, su qəbulu, yuxu rejimi və zərərli vərdişlərdən imtina etməkdə aiddir!

Əvvəlki məqaləNovruz bayramı
Növbəti məqalədə7 günə necə xoşbəxt olmaq olar?