qadın

Sümüklərin inkişafı 15 yaşına qədər tamamlanan ayaq ölçüləri kişilərdə sabit qalırkən, nədən qadınlarda 2 nömrə daha böyüyə bilir?

Mütəxəssislər bunun, əslində, sümük böyüməsi deyil, uzanma, genişləmənin söz mövzusu olduğunu, edəcək bir şeyin olmadığını və yeni ölçülərə görə ayaqqabı seçilməsini təklif edirlər. Normalda ayaq sümüklərinin inkişafı 15 yaşının sonuna qədər tamamlanır, kişilərdə ayaq ölçülərində dəyişmə olmur, ancaq qadınların ayaq ölçüləri dəyişir. Ayaqqabı nömrəsi 37 olan bir qadının daha sonra 39 nömrə ayaqqabı geyə biləcəyinə diqqəti çəkən mütəxəssislər 2 nömrəyə qədər  böyümənin qadınların həyatındakı 2 dövrdəki dəyişmədən qaynaqlandığını söylədi:

1. Qadınların ayaqqabı nömrəsindəki dəyişməyə sümüklərin böyüməsi deyil, ayaq ölçüsünün uzanması, genişləməsi səbəb olur. Bu uzanmaya  ilk olaraq hamiləlik dövründə rast gəlinir. Hamiləlik sonrasında bəzi hormonlar oynaqlardakı sərt toxuma olan ligamentleri və əzələləri boşaldır. Bu dövrdə alınan kilolarla birlikdə ayaqda enlənmə ola bilir.

2. Ayaqqabı nömrəsindəki ikinci dəyişmə isə “”postemenopauz”” adı verilən menopauz sonrasında yaşanır. Bu dövrdə də əzələlərdəki tonus  əskikliyi və sümüklərdəki demineralizasiyaya (mineral çatışmazlığı) bağlı olaraq ayaqlarda yayılma ola bilir.

Ayaqlardakı yayılma və uzanmaya, ayaqqabı nömrəsindəki artıma mane olmaq  mümkün deyil. Edəcək bir şey yox, yeni ölçülərə görə ayaqqabı seçimi edilməlidir.

Qadınların yaşadığı digər ayaq problemləri isə erkən döyənəkləşmə, topuq dikliyi, düz ağrısı, bel yıtığı ola bilər. Bunlardan bəziləri səhv ayaqqabı seçimindən də qaynaqlana bilir.

Düzgün ayaqqabının dikliyi 2 santimetrə qədər olması lazımdır. Fizioloji bir ayaqqabının dikliyi (hündürlüyü) 2 santimetr olmalıdır. Topuq ətrafı sərt, yanları tutan ayaqqabılar seçilməlidir. İdman ayaqqabıları da buna uyğun gəlməlidir, klassik ayaqqabılar da. Babet kimi ayaqqabılar ayağımıza uyğun gəlməzsə belimizə qədər olan əzələ qrupu gərginləşir. Bu da bel probleminə, düz ağrısına, bel yıtığına səbəb ola bilir. Yüksəkliyi 4-5 santimetrdən çox olan dikdaban ayaqqabılar qadınlarda estetik bir görünüş təmin etsə də, sağlamlıq baxımından zərərlidir. Yüksək dikdaban ayaqqabılarda ayağın ön tərəfindəki yağ toxuması əzilir ki, bu da erkən döyənəkləşmə ilə nəticələnə bilir. Kişilərin ayaqqabı ölçüləri və seçimində biz qadınlara görə çox şanslıdırlar. Çünki onlarda ayaqqabı seçimində fantaziya daha azdır, buna görə də daha az problem yaşayırlar.

Əvvəlki məqaləViruslardan qoruyur
Növbəti məqalədəOptimistlər pessimistlərdən daha yaxşı yatır və az xəstələnirlər