100 Qadın Layihəsi çərçivəsində kompüter proqramlarından qabyuyan maşına qədər gündəlik istifadə etdiyimiz əşyaların ixtiraçısı qadınlarla tanış olun. Ən məşhur ixtiraçılar sualına Thomas Edison, Alexander Graham Bell və ya Leonardo da Vinci kimi misallar çəkə bilərsiniz.
Bəs Mary Anderson necə? Yaxud Ann Tsukamoto?
Onlar, adını eşitməsəniz də, gündəlik istifadə etdiyimiz əşyalar və elmi ixtiralar müəllifi qadınlardan cəmi ikisidir. Bu il BBC 100 Qadın layihəsi, qadınların hazırda üzləşdiyi ən böyük problemlərin həllində sizin ideyalarınıza ehtiyac duyur.
Qadınlar tərəfindən edilmiş doqquz ixtira Grace Hopper
1. Kompüter proqramı – Grace Hopper
İkinci Dünya Müharibəsində ABŞ Donanmasına qoşulduqdan sonra admiral Grace Hopper, Mark 1 adlı yeni kompüter üzərində işləmək tapşırığı alır. 1952-ci ildə o, söz halında olan təlimatları kompüterlərin oxuya biləcəyi kod halına salaraq ilk kompilyatoru yaradır. Bu isə proqramlaşdırmanı sürətli etməklə yanaşı, onların işləkliyini inqilabiləşdirib.
Hopper həmçinin, alətinin içindən güvəni təmizlədikdən sonra işlətdiyi “cücüdən təmizləmə” (de-bugging) ifadəsini məşhurlaşdırıb. “Amazing Grace” (valehedici Grace) donanmada xidmət edən ən yaşlı zabit kimi 79 yaşında təqaüdə çıxana qədər kompüterlərlə işləyib. Illustration of Dr Shirley Jackson and a mobile phone
2. Zəng edənin kimliyi və zəng gözləmə – Dr. Shirley Ann Jackson
Dr. Shirley Ann Jackson amerikalı nəzəri fizikdir. Onun 1970-ci illərdə apardığı araşdırma, zəng edənin kimliyi və zəng gözləmənin yaranmasına səbəb olub. Onun telekommunikasiya üzrə nailiyyətləri portativ faks, fiber optik kabellər və günəş batareyalarının ixtirasına yol açıb.
O, Massachusetts Texnologiya İnstitutunda fəlsəfə doktoru dərəcəsini qazanan və yüksək səviyyəli tədqiqat universitetinə rəhbərlik edən ilk Afrika-Amerika əsilli qadındır.
3. Avtomobil şüşə siləni – Mary Anderson
1903-cü ilin bir qış günü Mary Anderson New York şəhərini gəzməyə gəlir və sürücünün qarı təmizləmək üçün tez-tez pəncərəni açdığına diqqət edir. Hər dəfə pəncərə açıldıqda isə sərnişinlərə soyuq olurdu.

Anderson, maşının içindən çıxan rezin ülgücün rəsmini cızmağa başlayır və 1903-cü ildə qurğusu üçün patent ala bilir. Lakin, ixtira maşın şirkətləri üçün faydalı olmur. Onlar bunun sürücünün diqqətini yayındıracağına inanırdılar. Şüşə silənlər maşınlar üçün standart hesab olunduqdan sonra belə, Anderson ixtirasından pul qazanmayıb.

4. Kosmik stansiya batareyaları – Olga D Gonzalez-Sanabria
Adı siyahıda bir o qədər cəlbedici səslənməsə də, uzun müddətli nikel-hidrogen batareyası Beynəlxalq Kosmik Stansiyanı enerji ilə təmin edib və buna görə də çox mühüm yer tutur. Əslən Puerto Rikodan olan Olga D Gonzalez-Sanabria bu texnologiyanı 1980-ci illərdə yaradıb və hazırda Nasanın Glenn Tədqiqat Mərkəzinin mühəndislik üzrə müdiridir.
Olga D Gonzalez-Sanabria

 
100 Qadın nədir?

BBC 100 Qadın layihəsinə hər il dünya boyunca nüfuzlu 100 qadının adı daxil edilir. 2017-ci ildə biz, bu gün qadınların üzləşdiyi ən böyük dörd problemin həllinə çalışırıq – peşə baryeri, qadın savadsızlığı, ictimai yerlərdə təcavüz və idmanda cinsi ayrı-seçkilik.

5. Qabyuyan maşın – Josephine Cochrane
Tez-tez şənliklər təşkil edən Cochrane, qab-qacağını qulluqçularından daha sürətli və daha az sındıraraq yuya bilən bir maşın istəyirdi. Onun mis qazan içindəki təkəri fırladan mühərrikli maşını, su təzyiqindən istifadə edən ilk avtomatik qabyuyan olub. Cochrane-nin əyyaş əri ölümündən sonra ona böyük məbləğli borclar qoymuşdu və bu, onu 1886-cı ildə kəşfini patentləşdirməyə sövq etmiş və o, öz zavodunu açmışdı.
6. Ev təhlükəsizlik sistemi – Marie Van Brittan Brown
Evdə çox vaxt tək olan tibb bacısı Marie Van Brittan Brown-un özünü təhlükəsiz hiss etməsi üçün ağlına belə bir ideya gəlir. Əri Albert ilə birgə Van Brittan Brown, 1960-ci illərdə artan cinayət səviyyəsi və polisin zəif cavabını önləmək məqsədilə ev təhlükəsizlik sistemi yaradırlar.
Bu mürəkkəb qurğu, qapı boyunca yuxarı və aşağı hərəkət edən mühərrik vasitəsilə hərəkətə gələn kameradan ibarət idi. Onun yataq otağındakı monitor isə həyəcan düyməsi ilə təchiz olunmuşdu.
7. Kök hüceyrəsi izolyasiyası – Ann Tsukamoto
Onun patenti 1991-ci ildə verilib. Həmin ildən bu yana Tsukamoto-nun işi xərçəng xəstələrinin qan sistemini anlamaqda böyük rol oynayıb və həllinə də yol aça bilər.

Tsukamoto hazırda kök hüceyrəsinin böyüməsi üzrə başqa bir tədqiqat aparır və yeddidən çox ixtiranın ortaq patentçisidir.
Ann Tsukamoto

8. Kevlar – Stephanie Kwolek
Bu kimyaçı güllə keçirməyən jilet və bədən zirehi üçün istifadə olunan yüngül fibranı ixtira edib.
Onun 1965-ci ildəki kəşfindən sonra, dəmirdən beş dəfə güclü olan material, milyonlarla həyatı xilas edib və hər gün milyonlarla insan tərəfindən işlədilir.
Materialdan rezin əlcəklər, mobil telefonlar, təyyarələr və asma körpülərdə istifadə olunur.
9. Monopoliya oyunu – Elizabeth Magie
Bu ən məşhur stolüstü oyunun yaradıcısı Charles Darrow kimi bilinsə də, qaydaları Elizabeth Magie tərəfindən tərtib olunub. Magie, oyunçuların saxta pul və mülklə ticarət apararaq varlana biləcəyi yeni bir oyun yaratmaq istəyirdi. Onun 1904-cü ildə patentini əldə etdiyi dizaynı The Landlords Game (Ev Sahibi Oyunu) adlanırdı.

Bizim tanıdığımız Monopoliya oyunu 1935-ci ildə Parker Qardaşları tərəfindən çap olunub. Onlar oyunun tək yaradıcısının Darrow olmadığını aşkarlayırlar. Darrow Magie-nin patentini 500 dollara alaraq oyunu monopoliya etməyi bacarmışdı.
Mənbə: bbc.com
Əvvəlki məqaləYaşlanma və qırışlar əleyhinə ən yaxşı içki
Növbəti məqalədəYaşıl gözlər üçün ən gözəl makiyaj modelləri