qadın sağlamlığı

Uşaqlıq boynu törəmələri son vaxtlar aktual problemə çevrilib.

Hazırda uşaqlıq boynu şişləri və şişönü vəziyyətlərin inkişafında insanın papilloma virusunun bir neçə növünün patogenitik rolu sübut olunub.

Onlar, epitelial şişi olan pasientlərin əksəriyyətində aşkarlanır.

Digər şəraityaradıcı və potensial onkopatogen faktorlara isə – cinsi yolla keçən xəstəliklər, hətta pasientdə infeksiyanın əlamətləri aydın olmasa belə; fəsadlı doğuşlar, tibbi abortlar və invaziv müyinələr zamanı uşaqlıq boynunun zədələnməsi; hiperestrogeniyanın üstünlüyü ilə gedən dishormonal pozğunluqlar; uşaqlıq yolunun disbiozu, tez-tez aparılan gigiyenik sprinsevasiya, yaş dəyişiklikləri fonunda yaranan xroniki və residivləşən vaginit və servisitlərin olması; birincili və ikincili immunodefisit vəziyyətlər; siqaretçəkmə; artıq radiasion yük – məsələn, şüa terapiyası və ya peşə zərərləri; toksiki və potensial kanserogen birləşmələrlə requlyar kontakt və.s aiddir.

Uşaqlıq boynu şişinin ən ehtimal olunan simptomlarını belə sadalamaq mümkündür:

– Uşaqlıq yolunun dibində və ya qarnın aşağısında cinsi əlaqə zamanı diskomfort və ya ağrı hissi;

– Daimi olmayan atsiklik qanlı ifrazat, hansı ki, şişin səthinin zədələnməsi;

– Qarnın aşağısında, düz bağırsaqda, omada daimi xarakterli ağrılar;

– İrinli və ya sarı rəngli şəffaf vaginal ifrazat;

– Xarici cinsiyyət orqanlarının ödemi, varikozu və aşağı ətrafların asimmetrik limfostazı.

Şiş sidik kisəsinə və ya düz bağırsağa sirayət edərsə, bu orqanların funksiyalarının pozulması əlamətləri yarana bilər. Həmçinin düz bağırsaq və sidik kisəsi fistulaları da formalaşa bilər. Uşaqlıq boynunun hətta ən böyük xoşxassəli şişləri, belə simptomlar vermir, bu invaziv xərçəngin əlamətidir.

Kiçik ölçülü şişlərdə simptomların azlığı və ya heç olmaması onlara dəqiq diaqnoz qoymağa imkan vermir. Uşaqlıq boynu törəmələrində proqnoz onların tipindən, xarakterindən və inkişaf sürətindən, şişin tam xaric olunma imkanından asılıdır. Mezenximal şişlər nadir halda bədləşir və proqnostik cəhətdən qənaətbəxş hesab olunur. Sadə papillomalar və servikal poliplər də əksər hallarda həyat üçün təhlükə törətmir. Amma şişönü və fon vəziyyətlərinin inkişafı ilə nticələnən insanın papilloma virusunun onkopatogen tipləri ilə yoluxma, xüsusi diqqət və dinamik müşahidə tələb edir.

Profilaktik tədbirlərə gəldikdə isə, bunlara əsasən daxildir:

– Cinsi həyatın gigiyenası, təhlükəsiz seks və cinsi yolla keçən xəstəliklərin vaxtında və tam müalicəsi;

– Siqaretdən imtina;

– Requlyar olaraq ginekoloqun qəbulunda olmaq;

– Qız uşaqlarının papillomavirus infeksiyasına vaksinasiyası;

– İPV (insanın papilloma virusu) əlaməti aşkarlandıqda virusoloji müayinə.

Qeyd edək ki, uşaqlıq boynu törəmələri erkən aşkarlandıqda və vaxtında tam müalicə olunduqda, onların hamısı müalicəyə tabe olur.

Əvvəlki məqaləSəhər yeməyi yeməməyin 5 ziyanı
Növbəti məqalədəQripə qarşı ən yaxşı təbii vasitələr. Xalq təbabəti reseptləri