qadınlar

Alman alimləri yeni elmi araşdırmada qadınların xeyirxah, mehriban olduğu dövrü tapıb.

Henrix Heyne universitetinin psixoloqları 129 qadın üzərində eksperiment aparıb.

Qadınlara tapşırıq verilib ki, hər həftə bir seçim etsinlər: ya eqoist davranıb özlərinə bahalı hədiyyə, ya da mərhəmətli olub başqalarına xeyirxahlıq etmək.

Eləcə də hər həftə onların ağız suyundan hormonal analizlər götürülüb.

Nəticələr göstərib ki, qadınlar ovulyasiyadan 2 həftə sonra daha mehriban olur. Bu da qadın orqanizminin hamiləliyə hazırlaşdığı ərəfədir.

Amma bu xeyirxahlıq qadınların ətrafına münasibətdə özünü göstərir. Yad adamlar üçün bu keçərli deyil.

Alimlər hesab edir ki, qadınların davranışı onların özlərindən yox, hormonal fonlarından asılıdır. Davranış, hislər ona görə tez-tez dəyişir ki, qadınlar bu yolla hamiləliyə hazırlaşır və dölün yaşaması üçün mühit yaradır.

Əvvəlki məqaləString geyinməyin qorxunc fəsadlari – Qadınların Diqqətinə!
Növbəti məqalədəQadınların ən isti orqanı hansıdır?