seks

Bluminqtonda “Seksual Sağlamlığın İrəliləyişi Mərkəzi”ndən Debbi Xerbenikin (Debby Herbenick) rəhbərliyi altında Amerika alimləri seksual həzzin alınmasının əsas üsulunu tapmaq üçün sorğu keçiriblər.

1000-dən çox qadının iştirak etdiyi sorğunun nəticələri “Journal of Sex & Marital Therapy” jurnalında dərc edilib. Bu haqda “Popular Science” nəşri məlumat yayıb.

Tədqiqatçılar 18 yaşdan 94 yaşadək olan 1055 qadın arasında sorğu keçiriblər. Könüllülər özlərinin seksual davranışına aid olan bir neçə suala cavab veriblər ki, bunlardan əsasları cinsiyyət orqanlarının stimulyasiyası vaxtı aldıqları həzlər və ümumiyyətlə, cinsi əlaqə zamanı seçimlərlə bağlıdır.

Respondentlərin 18 faizi bildirib ki, həzzin alınması üçün cinsi əlaqə kifayətdir. 37 faiz qadın cinsiyyət orqanlarının əlavə stimulyasiyasının mütləq olduğunu vurğulayıblar. 36 faiz qadın bildirib ki, stimulyasiya vacib deyil, lakin bu, orqazmın güclü olması üçün edilə bilər. 6 faiz isə sekslə məşğuliyyət zamanı orqazm almadıqlarını vurğulayıblar.

Daha əvvəl bu qrup “PLOS One” jurnalında məqalə dərc edərək, bildirmişdi ki, seks zamanı diqqəti öpüşlərə və romantik frazalara ayırmaq lazımdır. Həmçinin məkanda müsbət atmosfer yaratmaq da vacib şərtlərdəndir.

Əvvəlki məqaləQadınlar kişiləri necə OVSUNLAYIR?
Növbəti məqalədəQadınların başlarına gətirilən dözülməz əzablar