karyeraBəzən problemin həllində ilk addım onun dərk edilməsidir. Ümid edirik ki, qadına karyera qurmaqda mane olan səbəbləri anlaması sizə bir çox səhvlərdən qaçmağa kömək edəcək.

Obyektiv səbəb.
Karyeranı zirvə ilə müqayisə etmək olar ki, o kişiləri cəlb edir, qadınlar isə onun ətrafında gəzərək zirvəyə tamaşa edirlər. Bəzən qadınlar kifayət qədər yüksəkliyə çıxsalar da, bu daha çox kişilərdə alınır. Lakin hər kişi nailiyyətinin arxasında qadının dayanmasını anlamaq əhəmiyyətlidir, çünki qadın bəzən ilham verir, bəzən kömək edir, bəzən isə hətta hansısa bir işi görməyə məcbur edir. Kişinin müvəffəqiyyətinin bir çox şeydə qadından asılı olduğu həm də tarixi faktlar ilə sübut edilib.

Subyektiv səbəb.
Heç də hər bir uğurlu karyera sahibələri ürəklərinin dərinliyində karyera qurmaq istəmir. Öz həqiqi arzularınızı aydın anlasanız, siz daha çox vaxt, güc qənaət etmiş və bir çox xoşagəlməz hadisələrdən qaça biləcəksiniz.

Bioloji səbəb.
Bioloji nöqteyi-nəzərdən qadın ilk növbədə ana və ailə ocağının qoruyucusudur. Əgər qadının ailə və uşaq məsələsi həll edilməmişdirsə, bu zaman bu məsələ onu daim narahat edəcək. Hətta əgər o həqiqətən karyera qurmaq istəyirsə, bu zaman da həll olunmamış ailə məsələsi ona daim mane olacaq, enerjisini alacaq və həyəcanlandıracaq. Bundan başqa, ailə qurmuş və dünyaya uşaq gətirmiş qadın özünü və öz imkanlarını daha yaxşı anlayır. O insanları daha çox anlayır, daha müdrik və dözümlü olur. Bu nöqteyi-nəzərdən əlbəttə ki, ailə qurduqdan sonra karyera qurmaq “daha əlverişlidir”.
Sosial səbəb. “Qadınlar ciddi qəbul etmirlər”. Burada üç aspekt ayırmaq olar:
Gənc, gözəl və subay qadın rəhbər kişi tərəfindən potensial sevgili, rəhbər qadın tərəfindən isə rəqib kimi qəbul edilir.
Sizin mümkün ailə qurmaq və dekretə çıxma qorxunuz.
Qadınların qeyri-mütəşəkkilliyi, qeyri-punktuallığı və dəyişkənliyi haqqında yayılmış fikir.

Təşkilatçılıq səbəbi.
Qadınlar kişilərdən daha nadir hallarda öz hədəf və planlarını aydın müəyyən edə bilirlər. Karyera qurmaq üçün yalnız fəaliyyət sahəsini, biznes sferasını, öz karyera ambisiyaları müəyyən etmək deyil, ilk növbədə sizin necə karyera qurmaq istədiyinizi anlamaqdır.

Emosional səbəb.
İşdə əksər qadınlar üçün isti psixoloji iqlimin, iş yoldaşlarları və rəhbərliklə yaxşı münasibətlərin olması çox əhəmiyyətlidir. Karyeraya gedən yol isə daha çox “bataqlıqlardan” keçir. Bu səbəbdən məqsədə çatmaq üçün uzun müddət narahat psixoloji vəziyyətdə çalışmaq kişilərə xas olan bir xüsusiyyətdir.

Şəxsiyyətiniz.
Bütün insanlar müxtəlif olur. Siz də həmçinin unikalsınız. Sizə mükəmməl karyera qurmaqda nə mane ola biləcəyini düşünün və qoyduğunuz məqsədə çatmaq üçün öz imicinizin üzərində işləyin, əlaqələrinizi genişləndirin, ixtisasınızı artırın və s.

Əvvəlki məqaləToy gecəsi ilə bağlı ilk dəfə oxuyacağınız AĞLASIĞMAZ MƏQAMLAR: sən demə, qızlar…
Növbəti məqalədəQadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? – ARAŞDIRMA