qadın

Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri – Veda qanunlarına əsasən qadın enerjisi üç elementdən ibarətdir. Və onlara digər mifologiyalarda olduğu kimi Veda ilahələrinin adları verilib.

Bəs 3 qadın enerjisi hansıdır?

Lakşmi enerjisi – Rifah tanrıçası;

Sarasvati enerjisi – Bilik tanrıçası;

Durqa enerjisi – Mübarizə və döyüş tanrıçası.

Bilik və yaradıcılığı Sarasvati enerjisinin sayəsində inkişaf etdiririk. Sevmək və qayğı göstərmək, ailənin rifah halını artırmaq və kişini ruhlandırmaq Lakşmi enerjisinin vəzifələrinə aiddir.

Ancaq Durqanın enerjisi haqqında nadir hallarda danışırıq. Durqa enerjisi hər bir qadında var. Onu tez-tez kişilik enerjisi ilə qarışdırır və üzə çıxmasına icazə vermirik. Bu isə Veda qanunlarına əsasən yaxşı deyil. Bu da onu göstərir ki, biz Durqa enerjisi haqqında heç bir şey bilmirik. Odur ki, bu enerjinin əsl mahiyyəti ilə tanış olmağa dəyər.

Bu, kişi enerjisidir?

İlk şübhə, ümumiyyətlə, bu enerjinin cinsiyyətini təyin etməyə çalışdığımız zaman ortaya çıxır. Qadın yolu ilə getmək və kişi enerjisi ilə yüklənmək istəmirsən. Və tez-tez Durqanın enerjisinə “Toxunma, təhlükəlidir” yarlığını yapışdırıb yan keçirik. Və tamamilə boş yerə. Çünki istiqamət vektoruna görə, enerjinin növünü fərqləndirmək çox asandır: Kişi enerjisi rəqabət, mübarizə, torpaqların fəthi və liderlik enerjisidir. Yəni kişi enerjisi həmişə xaricə və kənara doğru yönəldilir. Digər insanlara, ətrafdakılara. Yaxınlarını qorumaq üçün kişi istismar və fədakarlıq göstərməyə qadirdir.

Durqa qadın enerjisi isə fövqəladə vəziyyətlərdə qurtuluş və özünümüdafiə enerjisidir. Qadın enerjisi həmişə daxilə yönəldilir. Uşaqlarını qoruyan qadın sanki özünün bir hissəsini qoruyur. Təhlükəli vəziyyətlərdə onun reaksiyası o qədər sürətli və dəqiqdir ki, sanki təhlükədə başqa bir insan yox, ayağı və ya qoludur.

Bəs bu yaxşı enerjidirmi?

Ümumiyyətlə, bu yerdə enerji vəziyyət və davranışlar əsasında qiymətləndirilir. Yaxşı olmaq və doğru olmaq – çoxumuz üçün sevilmək deməkdir. Bu enerjinin lazım olduğunu başa düşmək üçün onun faydalarına baxaq. Hansı hallarda bu enerjiyə ehtiyacımız var?

Eksterimal hallardan başlayaq. Övladının həyatı təhlükədə olan istənilən qadın belə hallarda şirə dönür. Cinayətkarın üstünə yıxıla və ya körpəni xilas edə bilər. Bu keyfiyyəti pis və ya faydasız adlandırmaq olarmı?

Çətin vəziyyət yarandıqda müharibə, məhsul çatışmazlığı və s. bu kimi hallarda qadın nəinki sağ qala, həm də uşaqlarını xilas edə bilər. Mühasirəyə alınmış Leninqradın dəhşətli hekayələrini, anaların belə ekstremal şəraitdə uşaqlara necə və qətiyyətlə kömək etdiyini xatırlayın. Ancaq gündəlik həyatda buna ehtiyac varmı? Bəlkə bu, yalnız çətin anlarda girmək lazım olan gizli bir otaqdır… Sülh dövründə bəlkə bu otağın açarını itirməyə dəyər? Allah bizə heç nəyi səbəbsiz vermir. Allah tərəfindən bizə verilən xüsusiyyətlərin mahiyyəti yaxşı məqsəd və xoş niyyət daşıyır. Biz o zaman əziyyət çəkirik ki, ilahi qüvvələrin göndərdiyi hədiyyələrə “pis” etiketləri yapışdırırıq.

Durqa enerjisini istifadə etməyən qadında nə baş verir?

Nə istədiyini bilmir. Qəribə keçiddir? Ancaq özünümüdafiə enerjisinin kökünə bir daha baxaq. Əgər bir qadının istəkləri özünə aiddirsə, onda arzulamaq istəyi həyatının əsasını təşkil edir. Qadın Durqa enerjisindən istifadə etmirsə, bununla başqalarının onunla pis münasibət göstərməsinə imkan yaradır. Bu yenə özünümüdafiə ilə əlaqədardır. Özlərini döyməyə, alçaltmağa və təhqir etməyə imkan verən qadınlar ikiqat səhv edir. Nəinki ruhlarını, həm də təbiətlərini məhv edirlər. Üstəlik bu səhvi dəfələrlə təkrar etməklə sevdiklərinin də mənfi tərəflərini qabardırlar. Sonra anlamasanız da, bu səhvin bədəlini ödəməli olursunuz.

Ərini tərbiyə edə bilmir, çünki o, bu prosesin mahiyyət və vacibliyini dərk etmir. Mübarizə aparmadan təslim olmaq üçün səbəb axtarır. Onun əvəzinə çalışır. O, öz ərini ilhamlandıra bilmir. Unutmayın ki, qadın istəkləri kişi tərəqqisinin hərəkətverici qüvvəsidir. Çətin günlərdə də sizi ruhlandıran tapşırıqlar lazımdır. Bir mənzildə yaşamaq və kommunal xərcləri ödəmək eyni ölçüdə sevinc gətirmir. Ancaq ərindən yeni bir üzük hədiyyəsi alan həyat yoldaşı başqa söhbətdir. Məqsədlər hər zaman daha yüksək səviyyədə qoyulmalıdır. Lakin Durqa enerjisindən istifadə etməyən qadın evin işığı, paltar və digər məsələlər üçün pul istəməyə utanacaq və narahat olacaq.

Onun heç bir fikri yoxdur!

Belə bir qadın istənilən bir adamla evlənməyə razı olacaq, hətta xoşbəxt olmayacağını bilsə belə.

O, ürəyinin apardığı deyil, valideynlərinin məsləhət bildiyi sahə üzrə təhsil almağa razı olacaq. Hətta bütün həyatı boyu nifrət etdiyi işdə çalışa bilər.

Sevmədiyi insanlarla ünsiyyət qura, dostluq edə, hətta istifadə olunmasına göz yuma bilər.

Qətiyyəti yoxdur ki, yox deyə bilsin.

Buna görə də o, hər kəs üçün hər şeyi edir, özünə isə vaxt ayıra bilmir. O, problemsizdir. Bunu hamı bilir. Bir çoxu da bundan istifadə edir.

Paklığını qoruya bilmir.

Çox vaxt qızlar tərk edilmək qorxusu ilə intim münasibətlərə razı olur. Və tez-tez qızlar istifadə edildiyini qəlbinin dərinliklərində hiss edir. Bununla onlar nəinki özlərini məhv edir, həm də gənc oğlanlara zərər verirlər. Bəli, bu oğlanlar da gələcəkdə bu hərəkətlərinə görə cavab verməli olacaq. Sərhədləri təyin edə və mənəvi dünyasını qoruya bilmir. Hər kəs onun həyatına qarışa və əmr verə bilər. Yalnız özündən başqa. Bu nəticəyə gəlirik ki, Durqa enerjisinə sahib olmadan özünə hörmət etmək mümkün deyil.

Veda əfsanələrində bir kraliça təsvir olunur. Əri döyüşə gedəndə kraliça sarayda qalır. Lakin döyüş meydanında padşah düşmən qüvvələrinin çox olduğunu görüb geri çəkilir, qorxuya düşüb saraya qaçır. Ancaq saraya qayıdanda təəccüblənir. Əziz və sevimli həyat yoldaşı qapını açmaqdan imtina edir. Üstəlik, həyat yoldaşını tanımadığını söyləyir: “Ərim güclü və cəsarətlidir. O, döyüş meydanından heç vaxt qorxub qaçmaz. Sonuna qədər vuruşacaq. Və ya qazanacaq, ya da öləcək”.

Padşahın başına nə gəlir? Gücün üstünlüyünə və öz qorxularına baxmayaraq, geri qayıdır və qalib gəlir. Kraliçaya mövqeyinin sərtliyini qorumağa, qorxaqlığın qarşısını almağa hansı enerji kömək etdi? Əlbəttə ki, Durqa enerjisi.

Bir tərəfdən bir az qəddar görünür. Ancaq dərin baxsanız, görərsiniz ki, kralın sarayda qalması hər ikisini məhvə aparacaqdı. Padşahın kişilik qüruru isə yerlə bir olacaq. Kraliçanın bu rəftarının mahiyyətində nə gizlənib? Zalımlıq? Yoxsa ərinə ən yaxşı keyfiyyətlərini ortaya qoymağa və pisliklərini dəf etməyə kömək edən sevgisi?

Ondan necə istifadə etmək olar?

Bu, çətin sualdır. Çünki bir tərəfdən bu, enerjidir və o lazımdır. Digər tərəfdən, enerjinin istifadəsi ilə bağlı hər hansı bir təlimat sxematikdir və bütün aspektləri nəzərə almır. Beləliklə, əsas məqamlardan danışaq. Bu enerji lazımdır. Bunu özünüzdə saxlasanız, partlayış olacaq. Və ya daxili xəstəliklər və sağlamlıq problemləri ilə üzə çıxacaq. Yaxud da günahsız insanlar əziyyət çəkəcək. Digər tərəfdən, hər hansı bir səbəbdən öz günahsızlığını sübut etmək üçün hər kəsə qarşı kobudluq etmək emansipasiya və əsl feminizmdir. Cavab budur ki, Durqa enerjisi digər iki komponentlə ayrılmaz şəkildə vəhdət təşkil etməlidir. Və bu vacib bir şərtdir. Çünki sevgisiz tərbiyə həqiqətən sadəcə ruhsuz bir idarəetmədir. Başqalarına qayğı göstərmədən özünə hörmət tələb etmək isə əsl Qar Kraliçasının obrazıdır.

Birinci qayda. Durqa enerjisi qadının enerjilərindən yalnız biridir.

Yuxarıda dediyimiz kimi digər iki enerji sevgi və qayğı (Lakşmi) və yaradıcılıq (Sarasvati) ilə bağlıdır. Bu üç komponent arasında bir tarazlıq olmalıdır.

Odur ki, özünüzə, gözəlliyinizə və bədəninizə diqqət edin.

Sevdiklərinizə qayğı göstərin, sevgi ilə yemək bişirin.

Evinizin səliqə və rahatlığına diqqət yetirin (bütün bunlar Lakşmi ifadə edir)

Yaradıcı olun!

Düzgün yaşamağı öyrənin – qazandığınız bilikləri tətbiq edin (Sarasvatinin enerjisini dəstəkləyin)

Sevdiklərinizi – ciddi və daxili Sevgi ilə tərbiyələndirməyi öyrənin.

Eyni yolda olmadığınız insanlara və hadisələrə “yox” deyin

Evinizdəki və ruhunuzdakı zibilləri təmizləyin (və bununla da Durqa enerjisini qoruyun)

İkinci qayda budur ki, bu enerjiyə daxili təzyiq göstərmək olmaz!

Məsələn, işdə sizi həddən artıq yüklədikdə onu basdırmaq lazım deyil. Heç nə olmamış kimi gülümsəməyə ehtiyac yoxdur. Özünü yaxşı göstərmək naminə ikiüzlü olmayın. Əks təqdirdə, bu enerji o qədər yığılacaq ki, özünüzü idarə edə bilməyəcəksiniz və bir gün partlayış baş verəcək. Özü də bu partlayış “ən təhlükəsiz” yerdə olacaq. Və bu enerji günahsız uşaqlara və ya həyat yoldaşına yönələcək.

Odur ki, etirazı kobudluq həddinə gətirmək lazım deyil. Etirazınızı bildirməyin ən yaxşı yolu içinizdə nə istədiyinizi bildiyinizi və buna layiq olduğunuzu bilməkdir. Və bu inam hissi ilə hərəkət edin.

Üçüncü qayda

Bu qadın enerjisi yalnız yaxşı məqsədlər üçün istifadə edə bilər. Yalnız ümumi xeyir üçün. Uşağı xilas etmək üçün başa düşüləndir. Bəs öz ruhunun xilası?

Dördüncü qayda

Mütəmadi olaraq evi təmizləyin və təmizlik işləri aparın. Ev əhlini müalicə edin və sağaldın. Xoşbəxtliyinizi qoruyun. Daxili dünyanıza diqqət edin.

Əvvəlcə hər şey mürəkkəb görünür, ancaq sınaq və səhv nəticəsində harda dayanmalı, harda Durqa enerjisinə keçmək lazım olduğunu və bütün sərhədləri başa düşmək olar.

Qadınlığınızda bütöv olun!

Əvvəlki məqaləŞumaxerin eşq hekayəsi
Növbəti məqalədəArtur Şopenhauer: Qadınlar haqqında