gözəllikŞəxsi seçiminizdən asılı olaraq arzuolunmaz tüklərin təmizlənməsi davamlı (və bahalı) və yorucu iş ola bilər. Ayrıca mövcud bir çox epilyasiya prosedurları ilə bu işigörə bilərsiz. Ancaq hansı metodun sizin üçün uyğun olduğuna qərar vermək olduqca çətin bir məsələdir. Amma evdə qalaraq təqdim edəcəyimiz metodlardan istifadə edərək istənməyən tüklərdən qurtula bilərsiniz.
Qadinklubu.com sizə sadə üsulları təqdim edir:
Pandemiya dövründə arzuolunmaz tüklərdən ev şəraitində xilas olmağın yollarıBir neçə stəkan nanə çayı içmək arzuolunmaz tük problemini həll edə bilər. Nanə çayı hormon səviyyəsini tənzimləməyə kömək edir və bədəndə həddindən artıq tük böyüməsinə səbəb olan androgen istehsalını tarazlayır. 1 stəkan suyu qaynadıqdan sonra 1 çay qaşığı quru nanə əlavə edin. Qarışığı görtün və 10 dəqiqə gözləyin. Sonra çayı süzün və için. Gündə 1 və ya 2 dəfə qəbul edə bilərsiniz.
Pandemiya dövründə arzuolunmaz tüklərdən ev şəraitində xilas olmağın yolları

Şəkər və bal

Şəkər əla peeling maddəsi kimi bir iş görür. Ölü dəri hüceyrələrini çıxararkən artıq tüklərdən də sizi xilas edir. Ayrıca bal dərini yaxşı nəmləndirir və hər hansı bir infeksiya və ya çöküntü riskini azaldır. Mikrodalğalı sobaya bir qabda 3 xörək qaşığı şəkər və 1 xörək qaşığı bal qoyun. Şəkər tamamilə həll olunana qədər bir neçə saniyə qızdırın. Sobadan götürün, əgər istəsəniz 1 çay qaşığı limon suyu da əlavə edin və yaxşı qarışdırın. Qarışığın bir az soyumasını gözləyin. Tük olan nahiyələrinizə yumşaq, isti qarışığı çəkin.
Pandemiya dövründə arzuolunmaz tüklərdən ev şəraitində xilas olmağın yolları

Yumurtanın ağı

Bədənin arzuolunmaz tüklərini təmizləmək üçün yumurtanın ağından istifadə edə bilərsiniz. Əslində yumurtanın ağı tükləri və dərinizdəki çirkləri təmizləmək üçün maskalarınızda əla bir rol oynayır. 1 yumurtanın ağını yaxşıca çalın. Üzərinə 1 xörək qaşığı şəkər və 1 xörək qaşığı qarğıdalı unu əlavə edib yaxşı qarışdırın. Qarışığı bədəninizin tüklü hissəsinə çəkin. 15-20 dəqiqə qurudun və sonra maskanı soyun. Bölgəni bol su ilə yuyun.

Əvvəlki məqaləEvlilik haqqında bilinməyən faktlar
Növbəti məqalədəQuranda adı çəkilən yeganə qadın