intim

Təşviş pozuntusu, stress, depressiya seksual disfunksiyanı yaradan səbəblərdəndir.
 London İmperial Kollecinin Departamentinin yeni araşdırmaları psixoseksual pozuntuları sağaldacaq hormonu tapıb. Kisspeptin və ya KİSS 1 adlı “öpüş zülalı” adlanan hormon beynin romantik sevgi, münasibət, seksual hiss nahiyələrini aktivləşdirir.
Xüsusən kişilərdə intim həyatda əsas uğursuzların səbəbi depressiya və stressdir.
Professor Valcit Dxillonun sözlərinə görə, sonsuzluq problemi yaşayan cütlüklərdə bioloji faktorlara diqqət ayrılır, müalicə zamanı beyin və emosional siqnalların vacibliyi nəzərə alınmır.
Kisspeptin hormonu hipotalamus tərəfindən sintez olunur. O öz növbəsində iki vacib hormon- testosteron və estradiolun alınması üçün vacibdir. Kisspeptin mayalanma prosesində iştirak edir.
Alimlər 29 sağlam gənc insan üzərində təcrübə aparmışlar. Kişilərə kisspeptin inyeksiyası vurulur və hər dəfə onlar MRT olunaraq, beynin aktivliyi yoxlanmışdır. Aydın olub ki, öpüş hormonu beynin seksual istək hissələrini aktivləşdirib.
Halbuki inyeksiya olmadan kişilərə seksual görüntülər göstərilmiş, həmin vaxt olunan MRT-də beyində belə aktivlik müşahidə olunmamışdı.
Tibbdə bu açılış psixoseksual pozğunluqların müalicəsində yeni müalic metodlarına təkan verə bilər.
Kisspeptin əhvalı yaxşılaşdırır, depressiv əlamətləri azaldır.
Əvvəlki məqaləUşaqlıqdaxlinə spiral qoyulandan sonra ağrılar – Normaldırmı?
Növbəti məqalədəStress, əsəb, gərginlik immuniteti 1 həftəlik “söndürür” – Effektiv metodlar