evişləri

Əlbəttə ki, birinci növbədə mətbəxtdən, tualetdən və hamam otağından başlamaq lazımdır.

Pilətənin, masaların üzərini, şkafların qapılarını və soyuducunu silin. Şkafların içərisini təmizləyin və üzdə olan istifadə olunmayan əşyaları şkafların içərisinə yerləşdirin.

Hamam otağını təmizləyərkən əvvəl duşdan qaynar su axıdın ki, hamam buxarla dolsun. Belə olduğu halda kafellərdən, döşəmədən və tavandan çirk daha asan təmizlənir. Əvvəl tavanı, sonra divarları və sonda döşəməni xüsusi kimyəvi vasitələrlə silin. Çanağı, vannanı və unitazı xüsusi vasitələrlə təmizləyin. Evdə santexnikanı bu vasitələrlə hər gün təmizləmək lazımdır. Güzgüyə və duş kabinəsinin qapılarının üzərinə pəncərə üçün istifadə olunan xüsusi sprei çiləyin, sonra rezin şotka ilə silin.

Keçirik otaqlara. Otaqların yığışdırılmasında ən çox vaxt aparan iş əşyaların yerbəyer edilməsidir. Əgər vaxtınız məhduddursa, bu işi asanlaşdırmaq olar. Səbət və ya iri paket götürüb yerlərində olmayan xırda əşyaları içərisinə yığın ki, boş vaxtınız olanda onları münasib yerə yerləşdirəsiniz.

Sonra otaqları yaxşı tozsoranla təmizləyin ki, döşəmələri siləndə vaxtınıza qənaət etmiş olasınız. Yaxşısı budur su filtri ilə təchiz olunmuş tozsoran alasınız. Əgər evdə azyaşlı uşaqlar və ya allergiya xəstələri varsa, bu çox vacibdir.

Sonra tozları silin. Məişət texnikalarına xüsusi nəzər yetirin. Çünki onların üzərinə toz daha çox yığılır. İndi mağazalarda məişət texnikası üçün xüsusi spreylər satılır ki, texnikanın üzərində tozun yığılmasına mane olur. Beləliklə texnika uzun müddət təmiz qalır. Bu kimi vasitələr mebel üçün də istehsal olunur. Xanımlar bilirlər ki, şkafların yuxarı hissələrindən tozun silinməsi çox da asan iş deyil. Nə etmək olar? Şkafların yuxarı hissələrinə qəzet kağızı sərin və vaxtaşırı qəzeti büküb atın, yerinə isə təzəsini sərin. Qəzet kağızı tozu özünə yaxşı hopdurur və beləliklə, siz çətin bir işdən azad olursunuz.

Daha sonra güzgüləri silin. Əgər mənzilinizdə ev bitkiləri varsa, bu xüsusi qulluq tələb edir. Onlara pulverizatordan (mayeni toz halında fışqırtmaq üçün cihaz) su çiləyin ki, eyni zamanda həm tozlardan təmizlənsinlər, həm də təravətlənsinlər. Sonra döşəmələri silin. Fikir verin ki, otağın hər bir küncü silinsin. Adətən, toz plintusların uzununa yığılır.

Əvvəlki məqaləDırnaq boyalarından məişətdə istifadə
Növbəti məqalədəPiyləri yandıran məhsullar.