Belçika psixoloqları müəyyən edib ki, qadınlar öz partnyorlarına qarşı münasibətlərinin ilk beş ilində sevgi bəsləyirlər.
Bundan sonra onlarda narazılıq hiss yaranır və qadınlar tərəf müqabillərinin dəyişməsi barədə düşünürlər.

Alimlər bu nəticəyə 200 qadın arasında apardıqları sorğudan sonra gəliblər. Qadınlara sorğu zamanı ən sadə suallara cavab vermək təklif edilib.Niyə qadınlar evlilikdən 5 il sonra xəyanət haqda düşünürqadınlar niyə xəyanət edir
İştirakçıların 80 faizi etiraf edib ki, 5 il ərzində onların romantik hissləri güclü şəkildə soyuyur. Onların fikrincə, buna səbəb kişilərdir.
Belə ki, bu müddət ərzində kişilər onlara daha az zaman ayırıb və qayğılarına qalmayıb. Məhz elə buna görə də, qadınlar 5 ildən sonra tərəf müqabilini dəyişməyi düşünür.
İştirakçıların 20 faizi qeyd edib ki, partnyorlarına qarşı davranış və hisslərində heç bir dəyişiklik hiss etməyiblər.
Uzun illər keçsə belə, onlar əvvəlki tək əmindilər ki, ömürlərinin sonuna kimi bir yerdə yaşayacaqlar.
Digər alimlər isə qeyd edib ki, nikahdankənar münasibətlərin bir sıra üstünlükləri var. Tənha insanların həyatını müşahidə edən alimlərin fikrincə isə bu cür insanlar daha çox zəngin ictimai həyata malik olur.

 

Mənbə: azadqadin.az
Əvvəlki məqaləQadın sirrləri
Növbəti məqalədəGəlinim, göyçək gəlinim