Münasibətinizin mükəmməl olduğunu düşünə bilərsiniz. Sevgilinizə bağlı olmağınız, heç vaxt dalaşmamağınız, mükəmməl seks həyatınız münasibətinizin sonsuza qədər davam edəcəyini düşündürə bilər. Ancaq bütün bunlar da əslində ayrılıq səbəbi ola bilər. Münasibətinizi bitirə biləcək surpriz səbəbləri öyrənmək üçün yazını oxumağa davam edin. Münasibəti bitirən səbəblər

Partnyorunuza çox bağlılığınız

Sağlam münasibət üçün əlbəttə ki bir-birinizə bağlı olmağınız önəmlidir. Ancaq bu bağlılıq tək tərəflidirsə bu ciddi problem yarada bilər. Daim partnyorunuzla birlikdə vaxt keçirməyiniz, o olmadığı zaman özünüzü güvənsiz hiss etməyiniz və ya tək başına bir şeylər etməkdən qorxmağınız münasibətinizə həddindən artır bağlı olduğunuzu göstərir. Partnyorunuz bu diqqətdən bezib sizdən ayrılmaq istəyə bilər.

Mükəmməl seks həyatı

Mükəmməl seks həyatı münasibətinizi bitirə biləcəyini düşünmüsünüz heç? Əslində mükəmməl seks həyatı bütün sağlam münasibətinin olmazsa olmazıdır. Eyni zamanda bir çox problemlərinin həllində rol oynayır. Hər davanın sonunda sekslə məşğul olmağınız və ya digər problemləri sırf mükəmməl seks həyatına görə görməzdən gəlməyiniz münasibətinizdə mənfilik qata bilər.

Bir-birinizə çox bənzəməniz

Partnyorunuza bənzəməniz münasibətin uzunmüddətli olacağını düşündürür? Bəzən əksik tərəflərinizi tamamlayacaq birinə ehtiyac duyulur. Çox narahat birisinizsə partnyorunuzun sizi sakitləşdirəcək biri olması və ya asosial birisinizsə sizi sosiallaşdıracaq biri olması sizi daha xöşbəxt edə bilər. Ancaq özünüzdə sevmədiyiniz xarakterləri partnyorunuzda görməyiniz sizi münasibətdən bezdirə bilər. Böyük davalarla nəticələnə bilər.

Heç vaxt dalaşmamağınız 

Əlbəttə ki daim dava edən, partnyorların bir-birinə küfr etdikləri münasibətdən danışmırıq. Ancaq heç vaxt dalaşma olmayan münasibətlər də sağlam münasibətlər deyil. Xöşbəxt münasibətin detallarından biri də bəyənmədikləri mövzuları müzakirə edərək həll etmələridir. Yoxsa danışmadığınız problemlər yığıla bilər və münasibətinizin bitməsinə səbəb olar.

Ortaq məqsədlərin olması

Sevgilinizlə ortaq məqsədlərin olması əlbəttəki yaxşıdır. Ancaq bütün münasibətinizin bu məqsədlər üzərində qurulması düzgün deyil. Çünki zamanla hamı kimi siz də dəyişərsiniz. Cütlüklərdən birinin məqsədlərdən vaz keçməsi münasibətin bitməsi deməkdir. Bunun əvəzinə başqa ortaq nöqtələr tapmağınız münasibətinizin daha sağlam olması təmin edər.

Fədakarlıq etməyiniz

Sevdiyiniz adamın xöşbəxtliyi üçün zamanla xarakterinizə uyğun olmayan şeylərin etməyinizə səbəb ola bilər. Ancaq daim qarşı tərəf üçün fədəkarlıq etməyiniz münasibətinizə zərər verə bilər. Partnyorunuz bu fədəkarlıqların fərqində olmaya bilər, zamanla bütün bu xoş davranışlarınız sizin vəzifəniz halına gələ bilər. Kiçik bir hadisə də sizin geri addım atmağınız münasibətinizi bitirə bilər.

Əvvəlki məqaləUşaqlıq yolunu daraltmaq üçün nə etmək lazımdır?(Qadınlara üçün)
Növbəti məqalədəCinsi gücü artırıb orqanizmi gəncləşdirən nadir bitki