Moda tarixinə daxil olan toy libasları

Aktyor George Clooney ilə ailə quran hüquq müdafiəçisi Amal Alamuddinin nikah mərasimində geydiyi libas ən təmtəraqlı toy donları kolleksiyasına növbəti əlavə olub.

Clooney ilə Alamuddinin toyu bir neçə gün davam edib.

Cümə günü Venesiya şəhərinin aristokratiyası və çütlüyün Hollivuddan gələn yaxın dostları Сipriani otelində keçirilən kokteylə qatılıblar.

Daha sonra isə xanım Alamuddin rəfiqələrilə ziyafətə yollanıb. George Clooney isə xoş axşamı aktyor Matt Damonla San Marco meydanı yaxınlığındakı Da İvo restoranında davam etdirib.

Aman Canal Grande otelindəki mərasimdən sonra Venesiyanın Grand Canalı ilə gəzintiyə çıxan xanım Clooney-nin üzərində Giambattista Vallidən qısa ətəkli don olub.

Hərçənd ki, növbəti gün Venesiya meriyasında keçirilən mərasim üçün gəlin daha mühəfizəkar stildə tikilmiş, britaniyalı Stella McCartney firmasından ağ rəngli kostyum və şlyapanı seçib.

Məşhur aktyorların evlənməsi maraqla izlənilir, lakin ictimaiyyətin marağı kral ailə üzvlərinin nikahları vaxtı öz zirvəsinə çatır.

Şahzadə William və Kate Middleton

Moda tarixinə daxil olan toy libasları

Kate Middletonun nikah mərasiminə nə kimi libasda gələcəyi toydan xeyli əvvəl müzakirə edilməyə başlanılıb. Lakin son anadək onun seçimi məxfi saxlanılıb.

Yalnız qonaqların qarşısına çıxandan sonra Kate-in Alexander McQueen modalar evinə üstünlük verdiyi məlum olub.

Dizayner Sarah Burtonun xüsusi müştərisi üçün tikdiyi ağ don qədim İrlandiya texnologiyası ilə hörülən krujevalı fatası ilə seçilib. Onun naxışlarındakı 4 gül isə, İngiltərədə, Şotlandiya, Uels və Şimali İrlandiyanı simvolizə edib.

Belə görünür ki, Cambridge Hersoginyasının libasını hamı bəyənib və dizayner Sarah Burton Nyu York qəbullarının birində hətta alqışlarla qarşılanıb.

Azsaylı tənqidçilər isə hersoqinyanı Monako şahzadəsi Grace-in stilini təkrarlamaqda suçlayıblar.

Grace Kelly və knyaz Rainier

Moda tarixinə daxil olan toy libasları

1956-ci ildə Knyaz Rainier-in evlənmək təklifinə qəbul edən aktrisa Grace Kelly nikah mərasiminə geyindiyi paltar ən bahalı toy libaslarından biridir.

Müxtəlif məlumatlara görə dizaynerlərin işinə 60 mindən 300 minədək ABŞ dolları ödənilib.

Don sifarişi Metro Goldwyn Mayers şirkətinin kostyümlar üzrə rəssamı Helen Rose-a verilmişdi.

Şahzadə Charles və Diana Spencer

Moda tarixinə daxil olan toy libasları

Şahzadə Charles-la evlənən Uels şahzadəsi Diana öz nikah mərasiminə gənc dizaynerlər – David və Elizabeth Emmanuel tərəfindən hazırlanan 8 metrlik fatalı donda gəlib.

Hadisədən təqribən 25 il keçmiş dizaynerlər donun necə hazırlanması ilə bağlı kitab buraxıblar.

Şahzadə Madeleine və Chris O’Neill

Moda tarixinə daxil olan toy libasları

İsveç kralı Carl XVI Gustaf-ın qızı şahzadə Madeleine-nin amerikalı maliyyəçi Chris O’Neill-ə ailə ittifaqı XXI əsrin daha bir məşhur çütlüyünü yaradıb.

İsveçdəki toy mərasiminə gələn Madeleine qonaqlar qarşısına fil sümüyü rəngində uzun krujevalı fatası olan Valentino donunda çıxıb.

Toydan sonra çütlük Nyu Yorka qayıdıb.

Jacqueline Bouvier və John Kennedy

Moda tarixinə daxil olan toy libasları

Amerikanın Birinci xanımı Jacqueline Bouvier özünün mükəmməl zövqü ilə seçilib.

Onun prezident Kennedy ilə nikah mərasiminə geydiyi don Bostondakı Kennedy adına kitabxanada sərgilənir.

Birinci xanımın məşhur donunu Nyu Yorklu dizayner Ann Lowe tikib.

Audrey Hepburn və Andrea Dotti

Moda tarixinə daxil olan toy libasları

Hollivudlu aktrisa Audrey Hepburn XX əsrin moda ilahilərindən biri kimi tanınıb. 1969-cu ildə onun məşhur italiyalı nevropatoloq Andrea Dottilə evlənməsi böyük maraq doğurub.

Audrey Hepburn İsveçrədə keçirilən toy mərasiminə Hubert de Givenchy-nin tikdiyi donda gələrək başına örtük taxıb. Bu, yeni nikah dəbinin əsasını qoyub.

Elizabeth Taylor və Richard Burton

Moda tarixinə daxil olan toy libasları

Hollivud ulduzları Elizabeth Taylorla Richard Burton 1975-ci ildə ailə qurublar.

Bu, 8 dəfə ərə gedən məşhur aktrisanın sayca 5-ci evliliyi olub.

Toy mərasimi günü Elizabeth Taylor qonaqlar qarşısına İrene Sharaffın tikdiyi sarı rəngli donda çıxıb.

Ansamblı aktrisanın saçlarındakı şünbülçiçək və ağ zanbaq gülləri tamamlayıb.

Elvis Presley və Priscilla Beaulieu

Moda tarixinə daxil olan toy libasları

Deyilənə görə, Priscillanın nikah mərasimi üçün seçdiyi don rok-n-roll kralının xoşuna gəlməyib.

Uzun, sərbəst xətlərə malik geniş yaxalı donun stili üzərində gəlinin özü də işləyib.

Nikah mərasimində Priscillanın başında süni brilyantlı kiçik tac olub.

 

Mənbə: BBC Azərbaycan

Əvvəlki məqaləQaşların quruluşu xasiyyətin necə olduğundan xəbər verir
Növbəti məqalədəAclığı yatırmağın 4 sadə üsulu