sağlamlıqMiqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edərək günlərlə davam edən nevroloji xəstəlikdir.
Bu xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Yayılma dərəcəsinə görə kişilərdə 10%, qadınlarda isə 22% müşahidə olunmuşdur.
Miqrenin diaqnozu yalnız həkim tərəfindən qoyula bilər. Buna baxmayaraq, bəzi əlamətlərə görə də, insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər.
Miqren 4 saatdan 72 saata qədər davam edə bilir. Həkimlər miqrenin inkişaf etməsinin səbəblərini indiyə qədər müəyyən edə bilməyiblər. Amma məlumdur ki, miqren irsi xarakter daşıyır, yəni sizin valideyinlərinizdən biri bu xəstəlikdən əziyyət çəkirsə, siz də bu xəstəliyi irsi olaraq onlardan “alacaqsınız”.
Əksər hallarda miqren tutmasını streslər, kəskin emosional həyəcanlanmalar və sarsıntılar törədir. Onu da qeyd etmək lazımdır ki, miqren tutması bilavasitə stres zamanı deyil, ondan xeyli saatlar keçdikdən sonra başlayır.
Yeniavaz.az miqren ağrılarının yaranma səbəblərini təqdim edir:
– parlaq işıq və ya güclü səs;
– havanın kəskin şəkildə dəyişilməsi;
– qadınlarda hormonal dəyişikliklər;
– yuxusuzluq;
– fiziki və əqli gərginliklər;
– uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş;
– aclıq;
– bəzi qida növləri (şokolad, kakao, qoz-fındıq məhsulları, sitrus mevələri və s)
Buna görə də, miqrendən əziyyət çəkən adamlar kifayət qədər yatmalı, istirahət etməli, düzgün qidalanmalı, spirtli içkilərdən uzaq durmalıdırlar.

Əvvəlki məqaləEpilyasiya zamanı ağrı hiss etmək istəmirsinizsə…
Növbəti məqalədəDüzgün makiyajın sirləri. Kirşan (pudra)