Amerikalı marketinq mütəxəssisi Sarah Santley Fallaw özünün “Qonşuluqdakı milyonerlər: Sərvət qazanmaq üçün uzunmüddətli strategiyalar” kitabında ABŞ-dakı 600 milyarderin həyat tərzini araşdıraraq onların digər insanlardan fərqini öyrənib.
“Business İnsider”saytı həmin kitaba istinadən milyonerlər və orta statistik amerikalı arasındakı 5 fərq haqqında yazıb.
Sara Santli Fallau kitabında qeyd edib ki, yaşlarından və gəlirlərindən asılı olmayaraq milyonerlərin hər birinin əsas hədəfi böyük sərvət sahibi olmaqdır.
Milyonerlər və digər insanlar arasındakı fərqMilyonerlər və digər insanlar arasındakı fərqVaxtımızı, enerjimizi və pullarımızı sərf etməmizlə bağlı doğru qərarlarımız maliyyə cəhətdən müstəqil olmağımıza təsir göstərir – varlılarla baölı araşdırmaları Sarada bu qənaəti formalaşdırıb.
Yazıçı müəyyən edib ki, milyonerlərin və adi insanların sosial şəbəkələrə, oxumağa, idmana, yuxuya və çalışmağa ayırdıqları zaman arasında böyük fərq var.

Kitab oxumaq
ABŞ-da milyonerlərlə qeyri-milyonerlər arasındakı ən böyük fərq oxuma vərdişlərindədir. Milyonerlər hər gün 5,5 saat kitab oxuduğu halda, orta statistik amerikalı buna cəmi 2 saat vaxt ayırır.
Məsələn, komediya ustası və ssenarist Melissa McCarthy günə “The Los Angeles Times”, “The New York Times” qəzetlərini və “National Geographic” saytını oxumaqla başlayır.
Kitab oxumağı çox sevən Milyarder Bill Gates təkcə pullarıyla yox, böyük kitabxanasıyla da məşhurdur. İnvestor Warren Buffett də kitabsevər biri olaraq tanınır – o, gününün 80%-ni mütailəyə sərf edir.
“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zuckerberg 2015-ci ildə demişdi ki, hər həftə fəqli tarix və mədəniyyətlər, inanclar və texnologiyalar haqqında bir kitab oxuyacaq.

İdman
Maraqlıdır ki, milyonerlər hətta idmana da vaxt tapa bilirlər və həftədə ən azı 6 saat idmanla məşğul olurlar, halbuki adi amerikalılar buna cəmi 2,5 saatlarını sərf edirlər. Apple” şirkətinin icraçı direktoru Tim Cook idmana zaman ayıra bilmək üçün hər səhər 04:30-da, “Vogue” jurnalının baş redaktoru Anna Wintour isə 05:45 də yuxudan oyanır.
Milyarder Richard Branson da səhər yeməyindən əvvəl idman edənlərdəndir. Tenis, çərpələnguçurma, üzgüçülük və velosiped sürmək onun sevimli idman növləridir.
Ən varlı qaradərili, məşhur jurnalist Oprah Winfrey hər gün 1 saat olmaqla, həftənin 6 günü idmanla məşğul olur. Aktyor Mark Wahlberg isə gündə hətta iki dəfə idman edir.

Sosial media
Statistikaya görə, adi amerikalılar sosial şəbəkələrə həftədə 14 saat vaxt sərf edirlər, ABŞ milyonerləri isə cəmi 2,5 saat. Model və dizayner Karlie Kloss həftə ərzində bir neçə saat bütün texnoloji vasitələrdən uzaq durur.
Aktirsa Jennifer Lawrence isə heç vaxt “Twitter”dən istifadə etmədiyini və bundan sonar da etməyəcəyini deyir.
Aktyor George Clooney də şiddətlə “Facebook” və “Twitter” sosial şəbəkələrinə qarşı olanlardandır.
Məşhur investor Baffetinsə heç “ağıllı” telefonu da yoxdur.

Yuxu
Milyonerlər öz böyük hədəflərinə çatmaq naminə təkcə sosial mediadan yox, yuxularından da vaz keçə bilirlər. Mütəxəssislər yuxu normasının 8 saat olduğunu bildirsələr də, “Tesla”nın icraçı direktoru Elon Musk gecə 1-də yatıb səhər 7-də yuxudan durur. Yəni gündə cəmi 6 saat yatır.
“PepsiCo” şirkətinin rəhbəri İndra Nooyi-nin iş günüsə səhər 4-də başlayır.
Nailiyyətləri tükənməz enerjisindən qaynaqlanan modelyer Tom Ford sutkanın 21 saatını işə sərf edir.
Məşhur media patronu Martha Stewart da o qədər çox işləyir ki, yatmağa gündə 4 saatdan da az vaxtı qalır.

İş qrafiki
ABŞ milyonerləri digər amerikalılarla müqayisədə xeyli çox işləyirlər. General Electricsşirkətinin keçmiş direktoru Jeff Immelt bir dəfə mətbuata açıqlamasında bildirmişdi ki, 24 il boyu hər həftə 100 saat çalışıb.
İlon Maskın da iş qarifiki gərgindir – o, həftədə 80-100 saat işləyir.
“Facebook”un əməliyyat şöbəsinin müdiri Sherly Sandberg övladlarıyla şam yeməyi üçün işdən 05:30-da çıxır, amma onlar yatandan sonra yenidən işləməyə davam edir.

“Yahoo” şirkətinin keçmiş icraçı direktoru Marissa Meyersə “Google”-da işləyəndə həftədə 130 saat çalışırmış.
Mənbə: bbc.com
Əvvəlki məqaləXəyanət etməyən azərbaycanlı kişilərin problemi
Növbəti məqalədəAntibiotiklərin zərərləri və istifadə qaydaları