mikrodalğalı soba

Mikrodalğalı soba meydana gələn gündən etibarən, bu cihazın dəhşətli zərərləri barədə mətbuatda yazılar yazılır. Eyni zamanda oxuyucuları, əslində olmayan və olması mümkün olmayan  “molekulyar çürümə”, “molekulyar parçalanma” və s. kimi qorxunc uydurma elmi terminlərin hücumuna məruz qoyurlar.
Əlbəttə ki, bir çoxumuz məktəb dərsliklərindən əldə etdiyimiz fizika haqqında məlumatları unutmuşuq, daha dərin biliklərdən heç danışmırıq belə.
İnsanların məlumatsız olduğu vəziyyətlərdə onların şüurlarının  manipulyasiyası çox asandır, bu halda harda və kim tərəfindən aparıldığı bəlli olmayan araştırmalara istinad edilərək mikrodalğalı sobaların istifadəsinin yol verilməz olduğu və onların insan sağlığı üçün zərərləri elan edilir. Tamamilə belə deyil!
Əlbəttə ki, bu sobaların tamamilə zərərsiz olduğunu da demək olmaz. Ancaq “zərər” sözü də bu məqamda yersizdir, yoxsa heç kim mikrodalğalı sobadan  istifadə etməz. Hər bir əşyanın  həm xeyirli, həm də zərərli tərəfləri var, mikrodalğalar istisna deyil. Ağıllı insanlar, real faktları  nəzərə alaraq,  məişət texnikasının  (xüsusilə mikrodalğalı soba) onun sağlamlığına düzəlməz zərər verə biləcəyini düşünmədən ən rasional yolu tapır.
Təəsüf ki, reallıqda  mikrodalğalı sobaların xeyir və zərərləri həm çoxdan, həm də az araşdırılıb. Ancaq bəlli olan bir şey var ki, bu sobalardan istifadə etmək nə zərərli, nə də təhlükəlidir. Gəlin bu sobaların nə qədər zərərli olduğunu, hətta zərəri olub-olmadığını, bu cihazın xeyirli tərəfləri varmı və bu sobada yemək hazırlamaq olarmı suallarını bərabər araşdıraq. Bunun üçün fizikadan bəzi dərsləri yadımıza salaq.
Mikrodalğalı sobalar necə işləyir?

Mikrodalğalının korpusunda, müəyyən tezlikdə elektromaqnit dalğaları yayan maqnetron quraşdırılıb. Müəyyən, çünki digər dalğa uzunluğundakı elektromaqnitlər bir çox hissədə işləyir və onlar bir-birinə mane olmamalıdır. Xüsusi ilə cib telefonları, radarlar və s.
Dünya elektromaqnit şüası ilə nüfuz edir və buna baxmayaraq, kiminsə ondan zərər çəkməsi barədə  məlumat yoxdur.
Deməli zərəri o qədər də əhəmiyyətli deyil, və bu cihazda qızdırılmış qida zəhərə dönməyəcək(o, qaz pilitəsində qızdırılan yemək qədər zərərlidir).
Elektromaqnit dalğaların zərərlərini müəyyənləşdirmək üçün araşdırmalar aparılır, ancaq onların nəticələri sensasiya olmur.

Mikrodalğalı sobanın maqnetronu tərəfindən istehsal olunan dalğaların uzunluğu kifayət qədər böyük olduğundan, radiasiya cihazın izolyasiya edilmiş divarlarına nüfuz etmir və zərər vermir. Belə şəraitdə qida əla hazırlanır.
Əlbəttə ki, mikrodalğalı sobanın izolyasiya təbəqəsi zədələnməyibsə, zərər verməz (əks halda insan üçün zərərli olar, ancaq burada günah cihazda yox, onun istismar müddətinin bitməsində olacaq).
Əla qorunan müasir modellərdə qida hazırlayarkən, hətta proses zamanı burnunuzu qapının şüşəsinə dayaya bilərsiniz və heç bir zərər görməyəcəksiniz. Ancaq köhnə sobalarınızdan təcili qurtulun, burada mənəvi yorğunluqda deyil iş. Köhnə modellərdəki müdafiə hər birinin təlimatlarında təsvir olunduğu qədər mükəmməl deyil: Yemək hazırlanan zaman  1,5 m. az məsafədə işləyən sobaya yaxın durmaq məsləhət görülmürdü.

Mikrodalğalı sobada qidanın hazırlanması zamanı onun qorxunc zərərləri barədə aşağıdakıları demək olar.
Odda və ya elektrikli piltədə yemək hazırlama prosesi belədir:

  • Əvvəlcə qazanın dibi və divarları isinir, daha sonra qidalar isinməyə başlayır(yemək bişməyə başlayır). Qızan zaman suyun malekulları daha aktiv hərəkət etməyə başlayır, dərəcə nə qədər çoxdursa, hərəkət də o qədər çoxdur. Hərəkət xaotikdir.
  • Əgər qida çox qızırsa, vitaminlər məhv olur, zülallar denatüre olur.  Bu zərərli deyil- qidanın termal işlənməsinin məqsədi elə zülalların denatürasiyasıdır. Termal hazırlanmış qidaların xeyiri və ya hər kəsin qidaları çiy qəbul etməsi barədə mübahisə etməyə dəyməz. Hər kəs nə yeyəcəyi və necə hazırlayacağına özü qərar verir.

Əgər mikrodalğalı sobadan istifadə etsəniz, yuxarıda qeyd olunanlar iki məqamda fərqlənəcək:

  • İsinmə qabdan deyil, bir başa qidanın özündən başlayacaq. Mikrodalğalar istənilən qidanın tərkibində olan suyun malekullarına təsir edir və onları sürətlə hərəkətə keçirdir. Malekulların fırlanması malekulyar sürtünməyə yol açır, bu da isinməni təmin edir. Üzdə olan su molekulları daha tez fırlanaraq enerjini daha dərində olan malekullara ötürür. Beləliklə qabın divarına yaxın olan deyil, bütün qida isinir.
  • İsinmə nadir hallarda 100°С-dən  çox olur, çünki yalnız su isinir. Bu səbəbdən əlavə funksiyalar olmadan da qidanın səthində yanmış qabıq olmayacaq. Qida dərhal bütün həcmi ilə qızdığına görə, isinməyə az vaxt sərf olunur. Bu şüphəsiz çox faydalıdır: vitaminlər rahat həzm olunacaq şəkildə müdafiə olunur.
  • Əlbəttə ki, neqativ tərəfləri də var: dərəcənin qısa zamanda təsirində bütün bakteriyalar ölmür. Məsələn araşdırmalar göstərir: Salmonella mikrodalğada hazırlanan qidalarda asanlıqla yaşayır.
  • Bu səbəbdən mikrodalğalı sobanın zərərli olduğunu hesab edə bilərikmi? Xeyir. Elə adi plitədə də qida bu cür hazırlana bilər, salmonella və digər bakteriyalara yoluxa bilərsiniz. Bu vəziyyətdə mikrodalğalı sobanın faydaları və zərərləri məhsulların emal üsulu ilə deyil, bişirmə prosesinin düzgünlüyünə görə müəyyən edilir.
  • Ancaq bəzi araştırmalar tam tərsini göstərir, yəni mikrodalğalı sobada bakteriyalar sadə qaynamadan daha tez ölür.
  • Mif və reallıq

    Şəbəkələrdə gəzən müxtəlif ölkələrdə aparılan fərqli  qaynaqlı məqalələr bu cihazın zərərlərinin sübutu kimi göstərilir. Bununla bərabər bir çox halda orjinal nəticələr və araşdırmanı aparanın kimliyi barədə məlumat ala bilmirik. Elmi terminlərin və mümkün olmayan proseslərin təsvir olunduğu məqalələr şüphəyə əsas verir. Məsələn, qorxunc hekayələrdə adı keçən “molekulyar çürük” termini elmə məlum deyil. Ancaq elə bu sirli çürük bu cihazın sağlamlığa ən zərərli arqumenti kimi göstərilir.

    Bəzi sirli “alimlər” xəbər verir ki, mikrodalğaların təsirindən “suyun malekulları parçalanır”.
    Bu yumşaq desək tam bir sayaqlamadır. Malekulların parçalanmasında iki elementin ayrılması baş verir:oksigen və hidrogen, bəzi molekulyar dağıntılar deyil. Xatırlayaq ki, hər iki element atmosferdə var və heç bir zərərləri yoxdur. Suyun malekullarını parçalamaq məqalələrdə qeyd olunduğu kimi asan deyil.

  • Araşdırmalarda qeyd olunur ki, bu cihazlarda qida hazırlandığı zaman suyun strukturu pozulur. Və sübut olaraq deyilir ki, təbii “canlı sudan” fərqli olaraq mikrodalğadan sonra su ölür. “Ölü” su isə bütün orqanizmin incə strukturunu dağıdaraq, zərər verir.Ancaq oxuyucular, çay fincanındakı  suyun da  yaxınlıqda olan mobil telefon və ya Wi Fi-ın elektromaqnit radiasiyasına məruz qaldığını unutmasınlar. Əgər siz mobil telefon və ya kabelsiz internetdən imtina etmirsinizsə, mikrodalğalı sobadan qorxmağa dəyər?Ancaq bu cihazdan istifadə zamanı meydana gələ biləcək zərərlərin azaldılması ilə bağlı gerçək tövsiyyələr də var. Bu istifadə olunan qabdan aslıdır. Araşdırmalar göstərir ki, sobaya plastik qablar qoymasanız yaxşıdır. Hətta üzərində icazəsi olan qabları belə. Istənilən plastikdən qaçmaq lazımdır. Temperaturun təsiri altındaykən, onların çoxu ətraf  mühitə yayılan hipotetik zərər verə bilər. Yüksək keyfiyyətli keramika kimi şüşə qablar da tamamilə təhlükəsizdir. Belə qablardan  istifadə etsəniz təhlükə azalacaq.Mikrodağalı sobadan istifadə etmək və ya onu atmaq sizin qərarınızdır. Qorxunc məqalələrə reaksiya verən bəzi həssas insanlara bu cihazlar zərər verə bilər, ancaq bunu cihazın mövcud təhlükəsi deyil, onların özünü inandırmağı edəcək. Tutarlı olmaq üçün  elektromaqnit dalğa yayan digər ixtiralardan da imtina etmək lazım olacaq. Yox, Əlbəttə yox! Heç bir istisna olmadan. Və hətta bəzi tibbi prosedurları da unudun.
Əvvəlki məqaləPaltaryuyan maşını ev şəraitində necə təmizləyək?
Növbəti məqalədəÜtü alarkən nələrə diqqət etməlik?