qadın dünyası

Qadınlar yay istirahətini dənizsiz, çimərliksiz təsəvvür etmir. Amma bəzən tətillə menstruasiya günləri üst-üstə düşür. Dəniz sevgisi o qədər üstün gəlir ki, qadınlar həmin günlərdə belə xüsusi tampondan istifadə edərək dəniz və hovuza girir.
Həkim ginekoloq menstruasiya zamanı dənizdə çimməyin mümkünlüyünə açıqlama gətirib.
Bəzən qadınlar xüsusi hormonal dərmanlar qəbul edərək, bu günləri gecikdirməyə çalışırlar. Süni olaraq menstruasiyanın qarşısını alırlar.
Həkimlər bunu təhlükəli hesab edir. Ən yaxşısı təmiz dənizdə, hovuzda çimməkdir.
Tsiklin pozulması reproduktiv sistemin digər problemlərinə səbəb ola bilər.
 
Bəs üzərkən maye dənizə sızarmı?
Əslində xeyr. Çünki üzərkən suyun təzyiqi menstrual axıntının suya keçməsinə mane olur. Bu yalnız öskürən və asqıran zaman ola bilər.
İstirahət zamanı hansı gigiyena vasitələri seçilməlidir?
İstirahət yerləri, kurortlarda bu günlərdə xüsusi tampon və menstruasiya fincanlarından istifadə edilməlidir. Onları suya girməzdən əvvəl yeniləyib, çimdikdən sonra yenidən dəyişmək lazımdır. Çünki dəniz, hovuz suyunda digər bakteriyalar olur.
Əvvəlki məqaləÖpüşlə insana dəhşətli xəstəliklər keçir – İnfeksionistdən xəbərdarlıq
Növbəti məqalədə14 günə 9 kiloqram arıqlamaq istəyirsinizsə, mütləq oxuyun